Xankəndidə Ermənistan konsulluğu AÇILIR? - AÇIQLAMA
Azərbaycan-Ermənistan münasibətlərində diqqət yetirsək, digər ölkələrin prosesdə iştirakı sadəcə olaraq məkan xarakteri daşıyır. Delimitasi və demarkasiya prosesinə başlanması, kəndlərin qaytarılması və təkbətək görüşlər sülh müqaviləsinin imzalanması ilə bağlı ehtimalları artırır. Bu əlbəttə ki, ölkədə səfirliklərin və konsulluqların açılmasını aktuallaşdırır. Bu baxımdan Azərbaycanda konsulluq açıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, indiki halda belə bir şeyin baş verməsi gözlənilmir:
"Çünki bunun olması üçün uyğun zəmin yoxdur. İlk olaraq konsulluq o ərazilərdə açılır ki, həmin bölgədə digər dövlətin xüsusi maraqları olur. Tarixi və mədəni bağların olması buna aiddir. Məsələn bizim Qarsda, Təbrizdə konsulluğumuzun olması bura nümunə ola bilər. Ancaq burada maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Ermənistanın Xankəndidə xüsusi marağının olması və mədəni bağları olmasını iddia etməsini istəməz. İlk məsələ budur. Qarabağda erməni əhalisi belə yoxdur. Əhali qalsaydı Ermənistanın orada konsulluq açma səbəbini başa düşə bilərdik".
Politoloqun sözlərinə görə, Fransada həmin ərazidə belə bir maddəni istəmişdi. İndiki halda orada erməni əhalisi yoxdur və bu həmin ehtimalı azaldır:
"Hazırda biz Almatıda elementar görüşlərimiz üst-üstə düşmür. Məsələn delimitasiya və demarkasiya prosesində, Naxçıvana maneəsiz keçidin təmin olunmasında, kommunikasiya xətlərinin açılması və sülh müqaviləsi ilə bağlı ilkin şərtlər yetişməyib. Belə olan halda sülh müqaviləsi imzalanmayıb, digər məsələlər çətin olacaq. İlk olaraq sülh müqaviləsi imzalanmalı və demokratik münasibətlər bərpa olunmalıdır. Daha sonra isə gərək Ermənistanın Bakıda, Azərbaycanın İrəvanda səfirlikləri açılsın. Daha sonra konsulluq məsələsinə qayıdıla bilər. Yəni həmin dövrlərdə şərtlərə baxılacaq və erməni əhalisi yoxdursa, konsulluq məsələsi Azərbaycanın gündəmində olmayacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 4173 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun