Orta aylıq əməkhaqqı artıb
2024-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 748,9 min nəfər olub. Onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Sonxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 19 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 % artaraq 985,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər
11 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrBrent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü
Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla
17 sentyabrAvropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind
16 sentyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur. 8 ay ərzində quru
23 sentyabrBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 98,43 dollara düşdü
Fars körfəzi bölgəsindən tədarükün artması ümidləri fonunda neft qiymətləri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,82 dollar (0,83%) azalaraq 98,43 dollar/barel təşkil edib
23 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrSahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabr