Ermənistanda vətəndaş itaətsizliyi: Paşinyan Azərbaycanla danışıqları DAYANDIRIR? - ŞƏRH

Ermənistanda vətəndaş itaətsizliyi: Paşinyan Azərbaycanla danışıqları DAYANDIRIR? - ŞƏRHXəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb. Aksiya "Vətən üçün Tavuş" hərəkatına dəstək məqsədilə həyata keçirilir. Təkcə ötən gün keçirilən aksiyada 150-dən çox etirazçı saxlanılıb. Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır. Sözügedən aksiyalar davam edərsə, Paşinyan Azərbaycan ilə birbaşa danışıqları dayandıracaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılıq təkcə iki tərəfin məsələsi deyil. Bu həm də beynəlxalq ictimaiyyətin dəstəyi və razılığı ilə əldə olunmuş bir prosesdir:

"Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə belə, bu proses dayanmayacaq. Çünki Ermənistanda hətta yeni qüvvələr belə hakimiyyətdə qalmaq üçün qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq istiqamətində fəaliyyət göstərməlidir. Bununda əvvəli və ilki Azərbaycan ilə münasibətlərin normallaşmasından başlayır. Çünki gələcəkdə ehtimal olunan qüvvələr Azərbaycan ilə müharibə aparmaq gücündə deyil. Çünki Ermənistanın elə güclü ordusu yoxdur".

Sədrəddin Soltanın sözlərinə görə, bu tipli hadisələr və ruh yüksəkliyi ilə Ermənistanın Azərbaycana qarşı aksiyalar keçirməsi mümkünsüzdür və beynəlxalq normalar ilə qanunsuzdur:

"Artıq iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində addımlar atılır. Yeni qüvvələr sülh prosesinə qarşı çıxış etsələr özlərinə problem yaranar. Odur ki, bu aksiyalar hər hansı formada davam etsə belə danışıqlar prosesi dayanmayacaq. Bundan başqa danışıqlar prosesi həm də Nikol Paşinyanın siyasi-ideoloji hədəflərindəndir. Bunu həm də Nikol Paşinyan istəyir. Onlar bu hədəfdən çətin qayıdar. Proseslər və danışıqlar davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1070   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunu

18 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun