Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edirAzərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Hesabata əsasən, Azərbaycan bank sektorunun likvidliyi komfort zonada qalmaqda davam edir.

Bildirilib ki, yeni monetar çərçivənin tətbiqi, həmçinin bank sistemi üzrə hüquqi şəxslərin tələbli depozitlərinin azalması nəticəsində likvid aktivlərin həcmi və cəmi aktivlərdə payı azalıb. Bununla belə, likvidliyin tənzimlənməsi üzrə prudensial normativ hesab olunan ani likvidlik əmsalı 52 % olmaqla minimum normativi 22 faiz bəndi üstələyir. Likvidlik üzrə yeni prudensial tələb olan likvidliyin örtülmə əmsalı (LCR) göstəricisi isə 135 % olmaqla minimum tələbi üstələyib.

Hesabatda qeyd olunub ki, yeni monetar çərçivənin tətbiqi fonunda bank sektorunun izafi likvid vəsaitləri sterilizasiya edilib. Belə ki, yeni monetar çərçivənin tətbiqi fonunda 2023-cü il ərzində likvid aktivlər 24 % və ya 4,1 milyard manat azalaraq 13,2 milyard manata enib. Likvid aktivlərin cəmi aktivlərdə payı isə 10 faiz bəndi azalaraq 27 %-ə qədər azalıb. Likvid aktivlərin 36 %-i dövlət qiymətli kağızları, 38 %-i nostro hesablar, 11 %-i Mərkəzi Bankda müxbir hesablar, 14 %-i isə nağd vəsaitlərdə cəmlənib. Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2,3 dəfə üstələyir və hüquqi şəxslərin tələbli depozitlərinin 75 %-ni əhatə edib.

AMB-nin hesabatında bildirilib ki, likvid aktivlərin komponentləri üzrə əsas azalma bankların AMB-dəki hesabları üzrə olub. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankların AMB-dəki hesabları 4,1 milyard manat azalaraq 1,5 milyard manata çatıb. Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarına yenidən baxılması qeyd olunan dəyişikliyi şərtləndirib.

Hesabatda likvid vəsaitlərin strukturunda həm xarici, həm də milli valyutada olan likvid vəsaitlərin payının azalması müşahidə edilib.

Ötən il milli valyutada olan likvid vəsaitlər 15,2 % azalaraq 8 milyard manat olub. Sektorun xarici valyutada likvid aktivləri isə əvvəlki illə nisbətdə 31 % azalaraq 6,4 milyard manata enib.

Qeyd olunub ki, milli və xarici valyutada likvid vəsaitlərin azalmasında əsas səbəb yeni monetar çərçivə fonunda məcburi ehtiyatların artırılması olub. Bundan əlavə, xarici valyutada likvid vəsaitlərin azalmasında digər bir faktor hüquqi şəxslərin xarici borcları ödəmək məqsədilə xarici valyutada olan tələbli depozitlərini istifadə etməsi olub.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1252   Tarix: 18 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə

25 sentyabr
.

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,

22 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr