Maaşlar arta bilər?

Maaşlar arta bilər?Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqədar müzakirələr getməkdədir. Hər iki məsələ ilə bağlı xəbər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planına istinadən yayılıb.

Bəs bu tədbirlərin mahiyyəti nədir və yaxın müddətdə əməkhaqlarında artım mümkündürmü?

Əvvəlcə ondan başlayaq ki, adıçəkilən Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin oktyabr ayının 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Nazirlik, eyni zamanda, noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini də təqdim etməlidir.

"Qafqazinfo"nun məlumatına görə, aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ölkənin beynəlxalq reytinqlərdəki mövqeyindən irəli gəlir. Belə ki, İqtisadi Azadlıq İndeksinin Əməyin azadlığı indikatoru 9 kəmiyyət altfaktoru əsasında hesablanır ki, bunlardan biri də minimum əməkhaqqıdır. Bu baxımdan aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi onun hesablanma metodologiyasına dəyişikliyi nəzərdə tutur.

Minimum əməkhaqqı ölkə başçısının müvafiq sərəncamı ilə artırılır. Minimum əməkhaqqının nə qədər artırılacağına gəlincə, sonuncu dəfə ötən ilin əvvəlində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bunu 2022-ci ildəki 13,9 faizlik inflyasiyaya cavab tədbiri kimi də qiymətləndirmək olar. Hərçənd ki, 2023-cü ilin sonuna inflyasiya 8,8 faiz olsa da, cari ildə minimum əməkhaqqı göstəricisi dəyişməyib. Bu baxımdan minimum əməkhaqqının artırılması ilə bağlı sözügedən təkliflərin 2025-ci ildə artımla nəticələnəcəyini gözləyənlər az deyil.

Lakin o da məlumdur ki, hazırda rəsmi statistikaya görə, inflyasiya minimuma enib, hətta aprel ayında illik göstərici sıfır faiz təşkil edib. Həmçinin əvvəlki illərin göstəriciləri onu deməyə əsas verir ki, minimum əməkhaqqının artması dövlət sektorunda çalışan hər iki nəfərdən birinin maaşının məbləğinə təsir edir. Bu da artım üçün kifayət qədər vəsaitin tələb olunmasından xəbər verir.

Ümumilikdə isə minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni işçiyə minimum əməkhaqqı məbləğindən aşağı məvacib verilə bilməz. Burada söhbət ixtisassız əmək və xidmətə görə əməkhaqqından gedir. İxtisaslı əməyə görə, yəni mütəxəssis üçün isə minimum əməkhaqqı müəyyənləşdirmək olmaz.

Minimum əməkhaqqının artırılması ən əsası Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların məvaciblərinin artması deməkdir. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilər də bu sıraya aiddir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi 19 dərəcə əsasında aparılır. Ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Ən yüksək əməkhaqqı isə 19-cu dərəcə üzrə ödənilməklə 1125 manatdır.

Minimum əməkhaqqının artması muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir üzrə məcburi dövlət sosial sığorta haqlarına da təsir edir. Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum əməkhaqqına uyğun ödənilir. Məsələn, paytaxtda sahibkarlıq fəaliyyəti üzrə bu göstərici minimum əməkhaqqının 50 faizi, digər sahələrdə isə 25 faizidir. Nəticədə minimum əməkhaqqının artması bu sahədə dövlət sosial sığorta haqlarının da artacağı deməkdir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2019   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021