Bu görüntülər Azərbaycana aid deyil - Diqqətli olun!

Bu görüntülər Azərbaycana aid deyil - Diqqətli olun!Dünəndən sosial şəbəkələrdə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin mənzillərə gəlməsi barədə məlumatlar yayılır.

"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdəki qruplarda yayılan məlumatlarda polis nişanları olan sənədlər və blanklar daşıyan şəxslərin siyahıyaalma ərəfəsində hər kəsin şəxsiyyət vəsiqəsinin etibarlı olub-olmamasını yoxlaması üçün qapıları döydüyü bildirilib. Qeyd edilib ki, polis adı ilə qapını döyən şəxslər əslində oğurluq məqsədilə evlərə daxil olurlar. Onların əlində noutbuk, biometrik cihaz və bütün adların siyahısı var.

Kiçik araşdırma zamanı məlum oldu ki, sosial şəbəkələrdə yayılmış görüntülər Azərbaycana aid deyil, eyni şəkillər bir müddət əvvəl Livan, İordaniya kimi ölkələrdə də yayılıb.

Bu görüntülər Azərbaycana aid deyil - Diqqətli olun!Bundan başqa, son günlər Azərbaycanda daxili işlər orqanlarının kibercinayətkarlıqla mübarizədə maarifləndirmə işini daha da artırması müşahidə edilir. Belə ki, son günlər ərazilər üzrə polis əməkdaşları şəxsən əhali ilə görüşərək, bəzən isə ünvana gedərək onlara kibarcinayətlərin qurbanı olmamaları məqsədilə maarifləndirici məlumatlar təqdim edir. 12 bənddən ibarət maarifləndirici materiallarda vətəndaşların şirnikləndirici təkliflərə aldanmaması, elan saytlarında məlumatlarını yerləşdirərkən ehtiyatlı olmaları, kart məlumatlarını bankomatlara daxil etdikdən sonra ekranın tam sönməsinə əmin olmamaları, uduş və hədiyyələrlə bağlı gələn təkliflərə inanmamaları vurğulanır.

Bu məqamda belə xəbərlərin yayılması vətəndaşlarda narahatlığa səbəb ola bilər. Vətəndaşlar isə bu tip saxta məlumatları yayarkən diqqətli olmalıdırlar.

***

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, görüntüsü əks olunan şəxslər xarici ölkələrdən birinə aiddir, ölkəmizlə əlaqəsi yoxdur: "DİN tərəfindən bu məzmunda hər hansı məlumat verilməyib, paylaşılmayıb. Ölkəmizdə belə hal olması ilə bağlı polisə vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb".


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3722   Tarix: 29 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr