İfası ilə sosial mediada gündəm olan taksi sürücüsü: "Barış Manço sağ olsaydı..."- FOTO
Oxuduğu mahnı ilə sosial mediada gündəm olan taksi sürücüsü haqda sizə xəbər vermişdik. Hər kəs ondan yazdı, onun ifasını paylaşdı və ünvanına təriflər yağdırdılar. Bu ifası həqiqətən də onun həyatını dəyişdi.
Həmin taksi sürücüsü Pərviz Zeyn Moderator.az-a açıqlama verərək bildirib ki, hər şey türk vətəndaşı olan xanımın avtomobilinə əyləşməsindən sonra baş verib.
"Mən bir ay idi ki, sırf taksi fəaliyyəti ilə məşğul olurdum. Əvvəl də taksidə çalışmışdım. Gündüz saat 16:00 da Mərdanov qardaşları küçəsindən bir xanım taksimə minib, Dilarə Əliyeva küçəsinə getmək istədiyini bildirdi. 22 dəqiqəlik yol idi. Əslində məsafə yaxın idi, amma yollar tıxaclı idi. Maşına əyləşən kimi aurasını görüb həvəsləndim. Ona görə də Barış Mançonun mahnısını onun üçün səsləndirdim. Bu mahnının bir hissəsini oxumuşdum, ikinci hissəsinə də şəhidlərimizlə bağlı səsləndirdiyim sözləri yazmışdım. Müştəridən soruşdum ki, görün necə mahnıdır? O dəqiqə sual verdi ki, bunu kim oxuyub?! Dedim ki, mən oxumuşam. Söylədi ki, zarafat edirsiz?! Xanım türk vətəndaşı idi. Şəhidlərimizlə bağlı yazdığım ikinci hissəni məndən canlı oxumağımı xahiş etdi. Və icazə alıb mahnını lentə aldı. Taksidən düşəndən sonra mahnını paylaşıb. Bu heç bir məqsədyönlü hərəkət deyil, sadəcə olaraq bir təsadüf nəticəsində baş verdi. Gördüm ki, səhəri gün hamı məndən danışır, ünvanıma xoş sözlər deyirlər. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Mənim bu səmimi münasibətim taksi sürücüləri haqda ağıllarda olan bütün mənfi rəyləri bir anlıq da olsa unutdurdu" deyə Pərviz bildirib.
Müsahibimiz bildirib ki, o musiqi fəaliyyətini davam etdirmək istəyir.
"Musiqi ilə davam etmək istərdim, amma dəstək lazımdır. Mən bu sahədə təkəm. Düzdür, özüm də mahnılar yazmışam, amma dəstəksiz onları ərsəyə gətirib üzə çıxara bilmirəm. Barışmançonu çox sevirəm. Onun "Can bədəndən çıxmayınca" mahnısını gözəl oxuyurdum. Mahnıya sözləri də dostumun təkidi ilə yazdım. Hər dəfə deyirdim ki, Barış Mançonun üstündən nə söz yazım?! Bütün bu sözləri zəfərdən sonra yazdım. Barış Manço sağ olsaydı bəlkə də o da bəyənərdi bu ifamı. Həmin xanımın İT üzrə kiber təhlükəsizlik şirkəti var. Məni də orada işə götürdü. Hətta dedi ki, səni sıfırdan öyrədərəm də. Ona öz təşəkkürümü bildirirəm. Həyatımın dönüş nöqtəsi oldu" deyə sürücü bildirib.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 910 Tarix: 05 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dezinfeksiyaedici salfetlərlə heç vaxt silməməli olduğunuz 10 şey
Nəm salfetlər sürətli təmizlik üçün əvəzolunmaz köməkçiyə çevrilib. Amma bu, bahalı mebeli korlaya və uşaqlara zərər verə bilər. xarici mediaya istinadla xəbər verir ki, şam yeməyi yeyilib, çuqun tava yuyulubsa, artıq "işi bağlamaq" və yataq otağına getmək vaxtıdır. Son zamanlar insanlar dezinfeksiyaedic
2 fevralAvtobusda yaşananlar sərnişinləri heyrətləndirdi - VİDEO
İstanbuld baş verən hadisə şəhər avtobusunda səyahət edən sərnişinlərin üzündə təbəssüm yaradıb. türk mediasına istinadən xəbər verir ki, Eminönü-Arnavutköy marşrutu üzrə hərəkət edən 336 nömrəli avtobusda çalınan saz sərnişinlərin diqqətini çəkib. Günün stresindən uzaqlaşan vətəndaşlar xoş və əyləncəl
30 yanvarYatan insanın şəklini niyə çəkmək olmaz? - 5 səbəb
Yatan insanların şəklini çəkmək olar, yoxsa yox? Bu sual bir çoxlarını düşündürür, çünki dünyanın müxtəlif mədəniyyətlərində bunu qadağan edən inanclar mövcuddur. Psixoloqlar, ezoteriklər və etnoqraflar bu mövzunu fərqli cür izah etsələr də, hamı bir məsələdə həmfikirdir. Yuxu zamanı insan xarici təsirlər
29 yanvarCeki Çan mahnı yazdırdı: ölümündən sonra yayımlanacaq
"Gözlənilməz ailə" dramının premyerasında əfsanəvi aktyor Ceki Çan gözlənilməz etiraf edib. xarici mediaya istinadla xəbər verir ki, o, öz ölümünə mənəvi olaraq necə hazırlaşdığını danışıb. O qeyd edib ki, son düşüncələrini yeni bir musiqi kompozisiyasında əks etdirib və bu bəstənin reliz
2 fevralÇində 55 gün komada qalan səkkiz yaşlı oğlanın möcüzəvi oyanışı
Çində səkkiz yaşlı oğlan sinif yoldaşlarının səslərini eşitdikdən sonra 55 günlük komadan ayılıb. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb. Bildirilir ki, Hunan əyalətindən olan Lyu Çusi noyabr ayında yol-nəqliyyat hadisəsi nəticəsində ağır beyin və ağciyər xəsarətlər
30 yanvarSmartfon batareyasının boşalmasını ləngitməyin çox sadə yolu
Google-un araşdırması və 4PDA portalının redaksiyasının təcrübəsi göstərib ki, Android smartfonlarda tünd mövzudan istifadə batareya enerjisinə qənaət etməyə kömək edir. -ın xarici mediaya istinadla məlumatına görə, "Google"un araşdırması sübut edib ki, OLED ekranlı smartfonlarda tünd mövz
29 yanvarBatareya iki dəfə daha uzun enerji saxlayacaq - Smartfonda nə etmək lazımdır?
Enerji sərfiyyatını azaldan, batareyanın köhnəlməsini ləngidən və telefonu daha az şarj etməyə kömək edən sadə ayarlar və istifadəçi vərdişləri. Hər bir smartfon sahibi zamanla batareyanın əvvəlki kimi uzun müddət işləmədiyini görür. Bu yalnız akkumulyatorun köhnəlməsi ilə bağlı deyil, həm də gündəli
31 yanvar