Yatan insanın şəklini niyə çəkmək olmaz? - 5 səbəb

Yatan insanın şəklini niyə çəkmək olmaz? - 5 səbəbYatan insanların şəklini çəkmək olar, yoxsa yox? Bu sual bir çoxlarını düşündürür, çünki dünyanın müxtəlif mədəniyyətlərində bunu qadağan edən inanclar mövcuddur. Psixoloqlar, ezoteriklər və etnoqraflar bu mövzunu fərqli cür izah etsələr də, hamı bir məsələdə həmfikirdir. Yuxu zamanı insan xarici təsirlərə qarşı ən həssas vəziyyətdə olur.

Lent.az yuxuda çəkilən şəkillərlə bağlı əsas xalq inanclarını, mistik xəbərdarlıqları və mütəxəssislərin rasional tövsiyələrini təqdim edir.

Ezoteriklərin baxışı: Ezoteriklərin fikrincə, yuxu zamanı insanın ruhu bədəni tərk edərək başqa aləmlərdə dolaşır və fiziki bədən müdafiəsiz qalır.

Enerji sahəsinin zəifləməsi. Yuxu zamanı insanın bioloji sahəsi açıq olur. Kamera işığı və ya görüntünün qeydə alınması enerji axınını kəskin şəkildə poza bilər. Bu isə halsızlıq, baş ağrısı və ya kabuslara səbəb ola bilər.

Ruh üçün risk. İnanca görə, insan ani işıq və ya kamera səsi ilə narahat edilərsə, ruh bədənə qayıtmağa gecikə bilər.

Mənfi enerjinin cəlb olunması. Yatan insanın fotosu (qapalı gözlər, rahat bədən vəziyyəti) postmortem şəkilləri xatırladır. Ezoteriklər belə görüntülərin enerji səviyyəsində xəstəlik və uğursuzluqları cəlb edə biləcəyini düşünürlər.

Körpələrin yuxuda fotoşəkilinin çəkilməsinə dair qadağalar

Ən çox xəbərdarlıq uşaqlara aiddir, çünki onların enerji müdafiəsinin zəif olduğu düşünülür.

Qoruyucu mələyin olmaması. Xalq arasında belə inanılırdı ki, vəftizə qədər uşaq qoruyucu mələyə sahib deyil və yuxu zamanı daha asan nəzərə dəyə bilər.

Qorxu və yuxu pozuntusu. Mistikanı bir kənara qoysaq belə, kameranın səsi və ya telefonun işığı uşağı qorxuda bilər. Bu isə yuxu rejiminin pozulmasına və narahatlığa səbəb olur.

İnkişafın dayanması. Köhnə inanclara görə, yuxuda çəkilən uşaq fotosu onun inkişafını "dondura" və sağlamlığını zəiflədə bilər, çünki kamera həyatın dinamik axınını statik vəziyyətdə sabitləşdirir.

Xalq inancları və əfsanələr

Yuxuda ölüm anlayışı

Əcdadlarımız yuxunu "kiçik ölüm" hesab edirdi. Qapalı gözlərlə insanın şəkilinin çəkilməsi onu ölüyə bənzətmək kimi qəbul olunurdu və bu, uğursuz əlamət sayılırdı.

Taleyin oğurlanması

İnanılırdı ki, yatan insanın fotosu vasitəsilə pis niyyətli şəxslər onun bəxtini, sağlamlığını və xoşbəxtliyini asanlıqla "oğurlaya" bilər.

Ailə münasibətləri ilə bağlı inanc

Ər-arvadın yuxuda fotoşəkilinin çəkilməsi məsləhət görülmürdü. Deyilənə görə, bu, ailədə tez-tez mübahisələrə və hətta boşanmaya gətirib çıxara bilər.

Bəd nəzər və sehr

Yuxu zamanı enerji sahəsi zəiflədiyi üçün foto vasitəsilə bəd nəzər və ya sehrin daha asan təsir göstərə biləcəyinə inanılırdı.

XIX əsrin qəribə ənənəsi

Fotoaparatın icadı ilə insan həyatında həm mühüm, həm də qorxulu bir ənənə formalaşdı. O dövrdə portret mərhum insanın xatirəsini saxlamağın yeganə yolu idi.

Bu səbəbdən varlı ailələrdə dəfn öncəsi qəribə bir mərasim keçirilirdi: vəfat edən insan səliqəyə salınır, ən yaxşı geyimləri geyindirilir, kresloda oturdularaq şəkli çəkilirdi. Bəzən bütün ailə üzvləri də bu fotoya daxil edilirdi.

Bu şəkillər bu gün qəribə görünsə də, vaxtilə zəngin evlərin divarlarını bəzəyirdi. Sovet dövründə isə dəfn mərasimlərini toy və ad günü kimi fotoşəkillərlə sənədləşdirmək adi hal idi. Köhnə albomlarda bu cür görüntülərə hələ də rast gəlinir, lakin bunun səbəbi dəqiq bilinmir.

Psixoloqlar və həkimlərin rasional izahı - Mistikanı kənara qoyduqda, mütəxəssislər daha məntiqli arqumentlər irəli sürürlər.

Şəxsi sərhədlərin pozulması. Yuxu çox intim haldır. İnsan bu zaman öz görünüşünə, duruşuna nəzarət etmir. Razılıq olmadan foto çəkmək şəxsi sərhədlərin pozulmasıdır.

İşıq təsiri. Qapalı gözlərə baxmayaraq, beyin telefon işığına və flaşa reaksiya verir. Bu, bədənin bərpası üçün vacib olan dərin yuxu fazasını poza bilər.

Etik məsələ. Bir çox insan yuxuda çəkilmiş fotolarını sosial şəbəkələrdə gördükdə özünü alçaldılmış və ya məsxərəyə qoyulmuş hiss edir.

Mütəxəssislər tövsiyə edirlər ki, yatan insanın fotoşəkli yalnız onun açıq razılığı ilə və şəxsi sərhədlərə hörmət edilərək çəkilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1028   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr