Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin - Təfərrüatı
28 sentyabr 2021-ci il tarixdə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşı Faiq Möhbalıyevin evində 60-65 yaşlı kişini qətlə yetirən bağ evinin gözətçisi Ramin Əlixanova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1982-ci il təvəllüdlü R.Əlixanov Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Ramin Əlixanov ibtidai istintaqa ilkin ifadəsində gözətçi kimi işlədiyi evdən oğurluq etməyə çalışan şəxsə xəsarət yetirərək öldürdüyünü desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, Cəfər adlı 60-65 yaşlı kişi fəhlə işləmək üçün müraciət edib və həmin şəxsin sənədləri, daimi yaşayış yeri olmayıb. Bundan sonra Ramin həmin şəxsə evin həyətindəki gözətçi otağında yaşamağa icazə verib və öz yanında işlədib.
Hadisə günü isə Ramin işlədiyi yerə gələrkən Cəfərin qapını gec açması və nərdivanı pəncərəyə söykəməsini görərək onun oğurluq edə biləcəyindən şübhələnib. Daha sonra onlar birgə yeyib-içiblər. Lakin Ramin yenidən şübhələrinə əsaslanaraq Cəfərin oğurluq edə biləcəyini düşünüb və onu cəzalandırmaq istəyib. Külüngü götürərək yaşlı kişiyə xəsarətlər yetirməyə çalışarkən Cəfər qaçaraq uzaqlaşıb. Bu zaman Ramin bir neçə dəfə külüngü onun arxasına atsa da, ağır zərbə endirə bilməyib. Qapıya çatan Cəfər küçəyə çıxmaq istəyib, lakin qapının bağlı olması səbəbindən həyəti tərk edə bilməyib. Ona yaxınlaşan Ramin bu dəfə yaxından zərbələr endirərək yerə yıxıb və külünglə qətlə yetirib. Daha sonra meyiti həyətdə basdırıb. Lakin 1 gün sonra hadisənin üstü açılıb.
Hadisədən 3 il keçməsinə və qətlə yetirilən şəxsin fotosu yayılmaqla ölümü barədə elan verilsə də, hələ də onun yaxınları tapılmayıb və kimliyini də dəqiqləşdirmək mümkün olmayıb. O, kimsəsizlər məzarlığında dəfn edilib.
Ramin Əlixanlıya məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə 16 il həbs cəzası verilib.
Qeyd edək ki, qətl hadisəsinin törədildiyi evin sahibi Faiq Möhbalıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisidir. O, 2018-ci ildə vəfat edib. F.Möhbalıyevin qardaşı Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İ.Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1346 Tarix: 05 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustÜlviyyə İlyasova fəhləyə borclu qalıb?
"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind
7 avqustYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqustŞərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabr