Evinə gedib masaj etdirdi, üstünə hücum çəkdi
Doqquz il beş aydan sonra azadlığa buraxılan 32 yaşlı Gəncə şəhər sakini Rauf Məmmədov bu dəfə masajçı qadının şikayəti ilə uzun müddətə həbsə göndərilib.
"Qafqazinfo"nun məlumatına görə, Rauf Məmmədov bu dəfə masaj etdirdiyi qadına qarşı quldurluq edib.
Məlumat üçün bildirək ki, Rauf 2012-ci ildə elə quldurluğa görə 10 il 6 ay azadlıqdan məhrum edilib. 2021-ci ildə cəzasının doqquz il beş ayını çəkdiyinə görə şərti olaraq azadlığa buraxılıb.
Raufun indiki cinayətinə gəlincə, o, bu dəfə internet üzərindən tanış olduğu masajçı qadına xəsarət yetirib.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Rauf özü də ifadəsində etiraf edib ki, masaj xidməti ilə məşğul olan Təranənin nömrəsini saytların birindən əldə edib. Bundan sonra onunla danışıb, masaj üçün Təranənin yaşadığı evə gedib. Masaj xidmətinin hər seansı üçün xidmət haqqı kimi 50 manata razılaşıblar.
İşin maraqlı tərəfi odur ki, masaja gələn Raufun üstündə real pul olmayıb. O, üstündə saxladığı 200 manat saxta pulla masajçını aldatmaq istəyib. Hətta birinci cəhdi uğurlu alınıb. O, ilk seansdan sonra Təranəyə saxta 100 manat verib, əvəzində qalıq kimi ondan 50 manat real pul alıb. Bundan sonra o, daha bir 50 manat ələ keçirmək üçün ikinci seans masaj etdirib. Xidmət haqqı kimi digər saxta 100 manatı verib. Lakin Təranə bu dəfə pulun saxta olduğunu başa düşüb.
Bundan sonra o, Raufdan pulunu tələb edib, əks halda polis çağıracağını deyib. Bu vaxt Rauf onun üzərinə hücum çəkib, üstündə gəzdirdiyi bıçağın arxa hissəsi ilə Təranəyə xəsarət yetirib. Bundan sonra onun əlindəki 50 manatı, digər otaqdakı 160 manatı və zərərçəkmişə aid 80 manatlıq telefonu götürərək evdən qaçıb.
Hadisədən bir müddət sonra Rauf polis əməkdaşları tərəfindən tutulub. O, ifadəsində əməlindən peşman olduğunu deyib.
Məhkəmədə masajçı ona dəymiş 290 manat zərərin ödənilməsini, Raufa isə layiq olduğu cəzanın verilməsini xahiş edib.
Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyətinin hökmü ilə R.Məmmədov quldurluqda və qanunsuz soyuq silah gəzdirməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.
Rauf ömrünün 10 ilini xüsusi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1569 Tarix: 18 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustÜlviyyə İlyasova fəhləyə borclu qalıb?
"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind
7 avqustYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqustŞərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabr