Çingizlə arvadı üz-üzə gəldi - "Qızımı əlimdən aldı"

Çingizlə arvadı üz-üzə gəldi - "Qızımı əlimdən aldı""Formula 1"ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə istintaqı davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.

Prosesdə Çingiz Mehdiyevin həyat yoldaşı Nərminə Ələkbərova ifadə verib. Şahid hakim qarşısında geniş danışmaq istəməsə də, müstəntiqə dediklərinin hamısını təsdiq edib.

N.Ələkbərova əvvəlki ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, Ç.Mehdiyevlə üzləşməsi zamanı onun əməllərini üzünə də bildirib. Şahid Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə külli miqdarda pullar köçürməsi ilə bağlı istintaqa dediklərini də təsdiq edib.

Nərminə Ələkbərovanın əri ilə mühahisəli məsələlərindən biri də birgə nikahdan olan övladları ilə bağlıdır. Qadın Çingiz Mehdiyevin qızını onun əlindən aldığını deyir.
Çingizlə arvadı üz-üzə gəldi - "Qızımı əlimdən aldı"Təqsirləndirilən şəxs isə şahidlə razılaşmayıb. Mehdiyev məsələyə aydınlıq gətirərək deyib ki, xanımı ilə arasında rəsmi boşanma olmayıb. Amma məhkəmə qərarı ilə 15 yaşlı övladı onunla qalmaq istəyib: "2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə uşağın fikrini öyrəndi, qızım mənimlə qalmaq istədiyini israr etdi. Məhkəmə də uşağı mənə verdi".

Şahid isə ərinin dedikləri ilə razılaşmayıb. Bildirib ki, 2018-ci ildən ərinin qanunsuz hərəkətləri ilə bağlı məlumat toplayıb. 2023-cü ildə isə bildiklərinin hamısını prokurorluğa etiraf edib. N.Ələkbərova hesab edir ki, Çingiz məhz bundan sonra övladını əlindən alıb.

Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Faiq Nəcəfov müvəkkilinin əmlakları üzərindəki həbs qərarının ləğvini istəyib. Məhkəmə vəsatəti rədd edib.

Növbəti iclas iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1679   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust