Bakıda arvadına xəyanət ŞƏRİ ATAN əmisi oğlunu 36 dəfə bıçaqladı – TƏFƏRRÜAT

Bakıda arvadına xəyanət ŞƏRİ ATAN əmisi oğlunu 36 dəfə bıçaqladı – TƏFƏRRÜATBakıda arvadının xəyanətindən xəbər verdiyi üçün əmisi oğlunu bıçaqlayıb öldürən şəxsə hökm oxunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Nəsimi Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, hadisə 2023-cü ilin oktyabr ayında baş verib.

40 yaşlı Nəsimi Hüseynov 2008-ci ildə Samirə Hüseynovaya (ad şərti) ilə ailə həyatı qurub. Birgə nikahdan onların 3 qız övladı dünyaya gəlib. Müxtəlif tikinti yerlərində usta kimi işləyən Nəsimi, təxminən 2021-ci ildən Rusiyanın Mahaçqala şəhərinə gedib, orada usta kimi fəaliyyət göstərib. Çox zaman Rusiyada olsa da, amma daimi olaraq orada yaşamayıb. İl ərzində bir neçə ay işlədikdən sonra qayıdıb Bakı şəhərinə gəlib.

Həyat yoldaşı Samirə isə Bakıda mağazada satıcı işləyib. Uzun müddət bir-birini görməyən cütlüyün münasibətləri həmişə yaxşı olub.

2023-cü ilin fevralın ayında Nəsimi yenidən Bakıya, ailəsinin yanına qayıdıb. Bir gün atası Nəsimini və qardaşlarını öz evinə çağırıb. Söhbət əsnasında ata Nəsimiyə deyib ki, yoldaşı Samirə ona xəyanət edir, buna görə də boşanmalı olduğunu deyib. Nəsimi səbəbini soruşduqda isə atası ona bu barədə əmisi oğlunun (öldürülən şəxs) xəbər verdiyini deyib. Hətta əmisi oğlu Elməddinin Samirəni oğlanla öpüşən yerdə şəkil və videolarını çəkdiyini deyib. Nəsimi atasına məsələ ilə məşğul olacağını deyib, əmisioğlunun işlədiyi mağazaya gedib. Elməddinə məsələni tam danışmasını və çəkdiyi görüntüləri ona verməsini tələb edib. Elməddin Samirənin başqa oğlanla görüşdüyünü, hətta öpüşdüyünü gördüyünü desə də, görüntüləri çəkdiyi telefonunu itirdiyini deyib. Bunların hamısının bəhanə olduğunu düşünən Nəsimi inanmayıb. Səhəri gündən arvadı Samirəni izləməyə başlayıb.

Məhkəmə ifadə verən təqsirləndirilən şəxs Nəsimi Hüseynov deyib:

"Əmimoğlunun yalan danışdığını hiss elədim. Samirə ilə onu üzləşdirmək qərarı aldım. Üzləşmədə Samirənin üzünə başqa oğlanla görüşdüyünü desə də, öpüşdüyünü deyə bilmədi. Samirədən Elməddinin niyə belə dediyini soruşdum. O dedi ki, borcu qaytarmaq üçün iş yoldaşı ilə mağazanın qabağında görüşüb, pulunu götürüb. Bunları görən Elməddin səhv başa düşüb.

Elməddin "gəl Bakıya söhbət edərik" kimi ifadələr işlətdi. Elməddin arvadımın xəyanəti məsələsini bütün nəsil içində yaymışdı. Bizi biabır etmişdi. Əsassız yerə arvadımın adını çıxardığı üçün ona dərs vermək istədim. Buna görə oktyabrın 5-i Bakıya qayıtdım. Onu öldürməyi düşünmürdüm, amma bıçaqlamaq fikrim vardı. Ona görə oktyabrın 12-si 1 manat 60 qəpiyə bıçaq aldım".

Onun sözlərinə görə, əmisi oğlunu öldürməyinə səbəb arvadı haqqında "küçə qadını" ifadəsi işlətməsi olub:

"Onun ayağına bıçaqla xəsarət yetirmək fikrim vardı. Amma o məni buna məcbur elədi. Yoldaşım haqqında çox nalayiq ifadələr işlətdi. Buna görə bıçaqlamağa başladım. Qışqırıb qaçmaq istəsə də, qoymadım. Elməddini bıçaqladıqdan dərhal sonra özüm polisə təslim oldum. Polisi hadisə yerinə gətirdim".

Məhkəmə istintaqı zamanı bütün hadisənin üzərində cərəyan edən Samirə Qafarova ifadəsində bildirib ki, iş yoldaşı Qurban ondan 42 manat borc alıb:

"Şirniyyat mağazasında işləyirəm. İş yoldaşım Qurban məndən 42 manat borc pul aldı. Tarix yadımda deyil, təxminən 3-4 gün sonra maaş aldığımıza görə işdən çıxan zaman Qurban borcu qaytardı. Qaytaranda yoldaşımın əmisi oğlu görüb. Elməddin yanlış anlamış, guya mənim Qurbanla görüşdüyümü düşünüb. Sonra gedib qaynımgilə "sizin gəlininiz başqa adamla görüşür" deyib. Qurbandan pul alanda yoldaşımın əmisi oğlu yaxınlaşdı və böhtan atmağa başladı. Elməddinə başa salmaq istədim ki, fikirləri yanlışdır. O, durmadan Qurbanı döydü, təhqir etdi. Qurban pulu çöldə bankomatdan çıxarıb verməli olduğu üçün məhəllədə görüşdük. Nəsimi Azərbaycanda olmadığı üçün dəfələrlə işdən çıxanda Elməddin məni izləyib, güdüb. Elməddinlə üzləşsək də, mənə atdığı böhtanı sübut edə bilmədi".

Məhkəmə istintaqında dindirilən hər iki tərəfin əmisi oğlu hadisədən xəbərsiz olduğunu deyib:

"Əmim uşaqları ilə aramız həmişə yaxşı olub. Hadisənin baş verməsini mənə Elməddinin əvvəlki arvadı zəng edib xəbər verdi. Dəqiqləşdirmək üçün qardaşıma, əmimə zəng etsəm də, onların xəbərsiz olduğunu bildim. Hadisənin nə üçün baş verdiyini belə bilmirdim.

Təxminən 2 il əvvəl Elməddin və Nəsiminin qardaşı Müşfiq Samirənin iş yoldaşı Qurban adlı şəxslə sevgi münasibəti yaşadığını bilmiş, hətta bununla əlaqədar Qurbanla söhbət edib, onu döymüşdülər. Qardaşım Elməddin əvvəllər heç vaxt ona Nəsimi tərəfindən ölümlə hədələnməsi, təqiblərə məruz qalması barədə məlumat verməyib".

Şahid qismində dindirilən Samirənin qaynanası bu hadisənin təməlinin 2023-cü ilin oktyabrında qoyulduğunu deyib:

"Bu işin təməli 2023-cü ilin oktyabr ayında qoyulub. Samirə mənim gəlinimdir. Samirənin Qurban adında iş yoldaşı olub, ondan 40 manat borc verdiyi pulu maaş yüklənən vaxt alıb. Elməddin bunu görüb. Qaynım oğlu Müşfiq də orada işləyib. Elməddin Müşfiqi oraya aparıb ona Samirə ilə Qurbanı göstərib, onları dəfələrlə gördüyünü, telefonunda da görüntülərin olduğunu deyib. Bu sözə görə birinci Qurban onu vurmuş, sonra araşdırmışlar ki, belə bir şey yoxdur, ancaq borcunu qaytarırmış. Həmin dalaşma Bakıda baş verib.

Oğlum Sadiq Elməddinə bildirib ki, əgər görüntü yoxdursa ona yalan söylədiyini desin. Elməddin gəlinimi təhqir etmiş, Nəsimiyə "pozğun arvada görə mənim yanıma gəlirsən" deyib. Ondan sonra da bu hadisə baş verib. Məlum ölüm hadisəsi ilə bağlı yoldaşıma qardaşı oğlu xəbər verib. Hadisəyə qədər Nəsimi ilə Elməddin qardaş olublar, aralarında heç bir ədavət olmayıb".

Hadisənin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmadığı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Nəsimi Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə ona 17 il müddətində həbs cəzası verilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2141   Tarix: 03 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr