Supermarketin yaxınlığında QƏTL: 50 manata görə ürəyindən bıçaqlandı
Bakıda 50 manata görə tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Rauf Salayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Daha sonra prokuror Orxan Səmədov ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Rauf Salayev Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyib.
O, Lökbatan yolunda yerləşən "Cənub Qapısı" Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında Qoşqarla rastlaşarkən, Qoşqar həmin pulu qaytarmasını tələb edib və aralarında mübahisə yaranıb.
Bu zaman təqsirləndirilən şəxs Qoşqar Qarazadənin ünvanına nalayiq ifadələr işlədərək onu yerə yıxıb, ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib.
Təsadüfən həyətdə olan Ömər Hudulov müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd edib.
Belə olan halda Ömər mübahisəyə aydınlıq gətirmək üçün saat 00:00-da zəng vuraraq qardaşı Həsən Hudulovu çağırıb və Həsən həyətdəki supermarketin arxa giriş qapısının yaxınlığına gələrək Rauf Salayevə hücum çəkib. Bu məqamda Rauf Həsən Hudulovun şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb, cǝld sağ əli ilə həmin bıçağı götürüb və Həsənin ürəyindən vuraraq öldürüb.
Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3184 Tarix: 08 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat
Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib. -ın məlumatına görə, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızl
21 oktyabrÖldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış
27 oktyabrHəmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
17 oktyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabrBıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini
19 oktyabrAzərbaycanda icra başçısı cərimələndi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi
27 oktyabrAtasını öldürən Ayxana 1 il yarım həbs verildi
Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə
14 oktyabr