Bakı bulvarında qıza görə qanlı DAVA

Bakı bulvarında qıza görə qanlı DAVABakının Səbail rayonunda 2004-cü il təvəllüdlü Zaur qız üstündə yaranan mübahisə zamanı Telmana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zaur sevgi münasibətində olduğu Zeynəbin əvvəlki tanışı Telman ilə aralarında onunla bağlı qərəzli münasibət yaranıb.

Zaur həmin münasibətlərə Qaydınlıq gətirmək məqsədilə Telman ilə görüşmək barədə razılaşıb.

Daha sonra Zaur 19 iyul 2022-ci ildə, saat 20:00-da Telman ilə görüşüb.

O, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərində olan bıçaqla Telmanın sağ qol və döş qəfəsi nahiyəsinə 2 dəfə zərbə vurub.

Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, o, törətdiyi əməldən peşmandır:

"Mən və Telman bir-birimizi tanımamışıq. Biz sadəcə bir-birimizin adımızı bilmişik. Bizim aramızda qız məsələsi olub. Hadisə baş verən vaxt mən Zeynəb adlı qız ilə sevgili olmuşam. Zeynəb məndən əvvəl Telman ilə sevgili olub. Mən Zeynəblə tanış olan zaman Telman ilə görüşmək istəmişəm. Sonradan mənimlə Telmanın görüşü alınmadı".

Təqsirləndirilən şəxs qeyd edib ki, əsgərliyə yaxın ərəfədə o, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsinə gedib:

"Mən oradan qayıdan zaman dostlarım ilə qarşılaşdım. Telmanın nömrəsini dostlarımdan almışam. Mənim məqsədim Telman ilə söhbət etmək və Zeynəbin necə birisi olduğunu öyrənmək istəməyim olub. Telman ilə görüşdük və söhbət etdik. Mən Telmanın sevdiyim qız olan Zeynəb barədə dediyi sözləri qəbul edə bilmədim. Həmin vaxt mənim üzərimdə bıçaq olub. Mən 2 dəfə Telmanın qolundan və sinəsindən xəsarət yetirdim. Mən bıçağı ikinci dəfə görüşdən qayıdan zaman götürmüşəm. Ətrafdakı insanlar və mühafizəçi bizi ayırmağa cəhd ediblər. Sonra mən mühafizəçi ilə sağollaşdım və evə getdim".

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra polis bölməsindən ona zəng gəlib və o, polis bölməsinə gedib.

O, ifadəsində həmçinin zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

İş üzrə zərərçəkmiş Telmanın sözlərinə görə, əvvəllər Zauru tanımayıb:

"Mən metronun "Sahil" stansiyası tərəfdə olan zaman Zaur zəng edərək görüşmək istədiyini bildirdi. Mən də razılaşdım. Sonra Zaurla görüşüb söhbət etdik. Zaur məndən Zeynəb haqqında soruşdu. Mən də Zaura həmin qızın mənim ailəmə qismət olmasını istəmədiyimi bildirdim. Zaura da bunu məsləhət bilmədim. Anidən Zaur sinəmdən və qolumdan vurdu. Mən özümü arxaya atanda bıçağın mənə dəydiyini hiss etdim".

İş üzrə şahid qismində ifadə verən Zeynəbin sözlərinə görə, valideynləri ilə birlikdə yaşayır:

"Atam ailəni dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Anam isə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında olan mağazada satıcı işləyir. Mən Telmanın polis bölməsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşam. Telmanı xalamın qonşuluğunda yaşayan biri kimi tanıyıram, aramızda həmin hadisədən əvvəl sevgi münasibətləri olub. Telmandan sonra Zauru tanımışam. Mənim qohumlarım metronun "Ulduz" stansiyası yaxınlığında yaşadığı üçün ora gedib-gələndə Zauru tanımışam".

Zeynəb qeyd edib ki, Nizami rayonunda olan orta məktəbdə oxuyub, sonra həmin məktəbin 9-cu sinfindən çıxıb:

"Mən çıxdığım məktəbin 9-cu sinfində oxumağa başlayan zaman valideynim mənə istifadə etmək üçün mobil telefon alaraq verdi. Həmin mobil telefonda da anamın adına olan nömrədən istifadə etmişəm. Zaurun Telmana qarşı törətdiyi cinayət hadisəsi ilə bağlı olaraq həmin hadisəni iyulun 19-da axşam vaxtı bilmişəm ".

Zeynəbin ifadəsinə görə, təxminən hadisədən 2 il əvvəl Telman ilə bir dost kimi tanış olub:

"Bizim aramızda olan dostluq münasibəti də Telmanın xalam ilə qonşuluqda yaşadığı üçün olub. Bundan sonra da son bir ildə mənim Zaurla münasibətim olub. Mən hələ orta məktəbdə oxuyan vaxt Zaur mənə eşq elan edib. Bu barədə anamın məlumatı olduğu üçün anam məni 9-cu sinifdən çıxartdı ki, Zaurla aramda olan münasibət qurtarsın. Lakin buna baxmayaraq, Zaur məni sevdi. Ona görə də mobil telefon vasitəsi ilə onunla əlaqə saxladım".

Zeynəb qeyd edib ki, iyulun 19-da Zaurla Telmanın arasında olan həmin hadisə ərəfəsində onun həm Zaurla, həm də Telmanla mobil telefon danışıqları olub: "Mənim Zaurun Telmanı bıçaqla vurub xəsarət yetirəcəyindən əvvəlcədən xəbərim olmayıb. Bu hadisə ilə bağlı mənim heç bir məlumatım olmayıb. İstifadəmdə olan mobil telefonla əvvəllər Telman, sonradan isə Zaurla danışmışam. Həm Zaur, həm də Telman mənə eşq elan edib".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 4 il şərti cəza təyin olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1878   Tarix: 17 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust