Anar Məmmədovun təşviqat kampaniyası qalmaqal yaratdı: "Tərtərlilərdən dəstək ala bilmir, axundları..." - FOTO
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində qalmaqal davam edir.
Pravda.az xəbər verir ki, sözügedən seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının namizədlərindən olan VI çağırış Milli Məclisin deputatı Anar Məmmədov barədə şikayətlərin ardı-arası kəsilmir. A.Məmmədovdan Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlayan 97 saylı seçki dairəsindəki namizədlərdən biri ictimai fəal Şəhriyar Məcidzadə bəzi faktları açıb.
"Bərdədən gələn "seçicilər"" başlığı ilə Məmmədovun təşviqat kampaniyasını tənqid atəşinə tutan Məcidzadə paylaşdığı görüntüləri belə şərh edib: "Kiçik bir araşdırma kifayət edir ki, Anar Məmmədovla görüşdə oturan və onun ətrafında gəzən adamların Bərdə və Goranboyun bizim dairəyə düşməyən bölgələrindən gəldiyi müəyyən edilsin. Yəni 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrdən gələn seçicilər olduğu müəyyən edilsin. Mən Azərbaycan vətəndaşlarının digər rayonlara getmələrinin əleyhinə deyiləm. Amma yaxşı olar ki, onlar öz rayonlarında deputatlarını seçsinlər. Konstitusiyaya görə də belədir. Məsələn, qırmızı halqa ilə işarələnmiş şəxs Bərdədə çox hörmətli Seyid Yusif Ağanın nəvəsi, Goranboyun keçmiş axundu, xətrini çox istədiyim Səbuhidir. İndi ortaya üç sual çıxır:
1. Tərtərlilərin yerinə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrin sakinləri, o cümlədən bərdəlilərmi səs verəcək?
2. YAP-ın namizədi niyə tərtərlilərdən dəstək ala bilmir?
3. Din xadimləri siyasətəmi gəlir?
Tərtərdə seçici tapmayanda digər rayonlardan kömək çağırmaq lazım deyil. Mən Tərtərə, Ağdərə və Goranboya mütərəqqi fikirləri, elmi, yaradıcılığı təşviq etmək adına gəlmişəm".
Ş.Məcidzadə MSK-ya ünvanladığı şikayət barədə də açıqlama verib: "MSK-ya Anar Məmmədovun seçki təşviqatını əvvəlcədən başlaması ilə bağlı topladığımız faktları rəsmi məktubla avqust ayının 9-da bildirişli məktubla göndərmişəm. Surətini isə 97 saylı Tərtər DSK-sına göndərmişəm. Məktublar hələ çatmayıb. Bilirlər ki, Anar Məmmədovun namizədliyi ləğv edilməlidir. Bilirlər ki, bütün sosial şəbəkə, media bundan yazıb. Necə başa düşək, Anar Məmmədovun qayınatası milyarder Qulam Ələkbərova dövlətin qanunlarının gücü çatmır? Paylaşın, yayın. Dövlətin oliqarxiyadan güclü olmasına dəstək olun!"

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 559 Tarix: 12 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...
Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər -a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzi
2 fevralFevralda neçə gün evdəyik?
Bu ilin fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib. Qaynarinfo xəbər verir ki, fevralda yalnız həftəsonları (şənbə və bazar günləri) qeyri-iş günləri sayılır. Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-c
2 fevralBəzi rayonlara qar yağacaq, duman olacaq
Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologoya Xidmətindən məlumat verilib. Bildirilib ki, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duma
2 fevralXalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət iş
2 fevralQanunsuz tikililərlə bağlı kritik qərar gözlənilir - AÇIQLAMA
Azərbaycanda qanunsuz şəkildə inşa edilən yaşayış evlərinin hüquqi statusunun müəyyənləşdirilməsi hələ də gündəmdədir. Qeyri-rəsmi hesablamalara əsasən, ölkə ərazisində sənədsiz tikilmiş evlərin sayı 400-500 min civarındadır. xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq
1 fevralBu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir. bildirir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır. Onlar bəzə
31 yanvarFevralın 2-si ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
Azərbaycanın avtomobil yollarında fevralın 2-də müşahidə ediləcək vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsini
1 fevralPaytaxtın bu ərazilərində qaz olmayacaq
Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, "Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsini
2 fevralPrezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. BİG.AZ -a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımı
31 yanvar