Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
BiG.AZ President.az-a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.
Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.
Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 648 Tarix: 31 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabahın hava proqnozu
Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duma
19 martQaradağ RİH-də iclas - məmurlara xəbərdarlıq edildi
Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakir
19 mart"Bakcell" rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!
İnnovasiya lideri "Bakcell" Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. "Bakcell"in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər. Səfərlər zamanı abunəçilərin üstünlü
19 martBu ərazilərdə işıq olmayacaq
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 11:00-dan 13:00-dək Şüvəlan qəsəbəs
18 martİftar menyusunda bu gün
Axşam.az "İftar menyusu"nu təqdim edir:. "Əlvan dana" şorbası. Ərzaq:. Mərci - 1 stəkan. Dana əti - 300 qram. Su - 5 stəkan. Kartof - 2 ədəd. Soğan - 2 ədəd. Kök - 2 ədəd. Dəfnə yarpağı - 1 ədəd. Nanə qurusu - 1 ç.q. Un - 1 x.q. Duru yağ - 1 stəkan. Yarım limonun suyu. Duz, qara v
18 mart38 yaşlı dayə işlədiyi evdə qəfil öldü
Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb. "Qafqazinfo" xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb. Onun ölüm səbəbi hələlik məlu
19 mart