Çimərliklərdə uşaqlar təhlükəli xəstəliyə yoluxa bilər - MÜSAHİBƏ

Çimərliklərdə uşaqlar təhlükəli xəstəliyə yoluxa bilər - MÜSAHİBƏLent.az Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının həkimi Afət Novruzovanın müsahibəsini təqdim edir:

- Afət xanım, yay mövsümündə ən çox hansı xəstəliklərlə bağlı müraciətlər olur?

- Bildiyiniz kimi, yay fəslində insan orqanizmi günəş şüalarına daha çox məruz qalır. Bu da, günvurma, istivurma, dermatitlər şəklində özünü büruzə verir. Eyni zamanda, havanın isti olması mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olan bakteriya və digər mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Yay mövsümü xəstəlikləri arasında ilk yeri məhz mədə-bağırsaq infeksiyaları tutur.

- Mədə-bağırsaq infeksiyası dedikdə nə nəzərdə tutulur və qeyri-infeksion xəstəliklərdən necə fərqlənir?

- Ümumiyyətlə, infeksiya dedikdə, patogen mikroorqanizmin digər canlı orqanizmə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizimdə gedən cavab prosesləridir. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda, o, müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion xəstəlik qeyri infeksion xəstəliklərdən spesifik olmağı, yoluxulucuğu, mərhələlərlə inkişaf etməsi və bəzi infeksiyalardan sonra postinfeksion immunitetin yaranması ilə səciyyələnir.

Spesifik dedikdə, hər bir yoluxucu xəstəliyin müəyyən törədicisi olduğu nəzərdə tutulur. Yoluxuculuq dedikdə isə infeksion xəstəlik zamanı xəstəlik törədicisinin xəstələrdən sağlam insana kontakt və ya aralıq insan vasitəsilə keçməsi deməkdir. O cümlədən, mədə-bağırsaq infeksiyalarına mədə və nazik bağırsağın iltihabına səbəb olan viral, bakterial və parazitar infeksiyalar daxildir. Bakterial infeksiyalara Salmonella, "E.Coli" ("Escherichia coli"), "Shigella", "Campylobakter" kimi patogen bakteriyalar, viral infeksiyalara isə noravirus, rotavirus, adenovirus və s. aiddir.

- Uşaqlarda mədə-bağırsaq infeksiyasının müxtəlif şəkildə müşahidə səbəbi nə ilə izah olunur?

- Bu, törədicinin növündən, şiddətindən, orqanizmin immun vəziyyətindən, vaxtında görülən tədbirdən və düzgün seçilən müalicədən asılıdır. Xüsusən uşaq və körpələrdə ishala ən çox səbəb olan virus rotavirusdur. Rotavirus infeksiyası zamanı, adətən xəstə insan sağlam insanı bilavasitə yoluxdurur.

İkinci yerdə adenovirus durur. Adenovirusla yoluxan şəxslərdə ishal, hərarət, səpgi, yuxarı tənəffüs yollarının iltihabı və s. müşahidə olunur.

- Çimərliklərdə yoluxma mümkündürmü?

- Bəli, çünki dənizdə çimərkən təsadüfən udulan su mədəyə düşdükdə xəstəlik törədə bilər. Azərbaycanda hər il çimərlik mövsümü başlamadan öncə dənizdə monitorinqlər aparılır, suyun çirklənmə səviyyəsi yoxlanılır. Epidemioloji vəziyyəti yaxşı olmayan çimərliklərin fəaliyyətinə müəyyən müddət (səbəb qaldırılana qədər) icazə verilmir. Çimərliyi seçərkən diqqət etmək lazımdır. Azyaşlı uşaqlar daha çox diqqət tələb edir, çünki su udma ehtimalı yüksəkdir.

- Sonda mədə-bağırsaq infeksiyasının profilaktikası haqqında məlumat verərdiniz…

- Mədə-bağırsaq infeksiyasının törədiciləri haqqında danışdıqda, onların yayılma yollarını da qeyd etmək lazımdır. Yayılma səbəblərini ortadan qaldırdıqda, yoluxmanın qarşısı xeyli alınır. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması yoluxucu xəstəliklərin profilaktikasının əsasını təşkil edir. Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməli, küçədən evə daxil olduqda və qida məhsullarına toxunmaqdan öncə mütləq əllər yuyulmalıdır. Həmçinin, meyvə-tərəvəz bol su ilə bir neçə dəfə yuyulmalı, hazır qida məhsullarından istifadə etdikdən dərhal sonra soyuducuya yerləşdirilməli, ət və süd məhsulları lazımı şəkildə yaxşı bişirilməli və s.

İmmun sistemi nə qədər güclü olarsa, xəstəliyə yoluxma ehtimalı azalar, yoluxuxduğu təqdirdə isə xəstəlik nisbətən yüngül şəkildə keçər. İmmun sistemdə bağırsaqlardakı mikroflora çox əhəmiyyət kəsb edir. Belə ki, bağırsaqlardakı mikroflora qəbizlik və ishalın qarşısını alaraq, peristaltikanı tənzimləyir, həyat üçün önəmli olan bir çox maddələr - süd turşusu, sirkə turşusu, amin turşuları, zülallar B1, B2, B6, B12, K vitaminləri, nikotin, pantatenol, fol turşusu və s. hazırlayır. Bundan əlavə, bağırsaq mikroflorası orqanizmə kənardan daxil olan və immuniteti zəiflədən toksik maddələri zərərsizləşdirir.

İmmun sistemin vacib komponentləri olan immunoqlobulinlərin sintezində iştirak edir, B limfositlərinin, T limfositlərinin, makrofaqların yaranmasını aktivləşdirir və s. Bütün bu səbəblərə görə, mədə-bağırsaq sistemini qorumaq, bütün orqanizmin müdafiə funksiyasını qorumaq deməkdir. Xəstəliyi müalicə etməkdənsə, xəstəliyin qarşısını almaq daha məqsədəuyğundur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 741   Tarix: 30 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr