"Bəzi insanları respublika rəhbərinə yaltaqlanmaq, vəzifələrini, rütbələrini artırmaq məqsədilə həbs edirdilər…"

"Bəzi insanları respublika rəhbərinə yaltaqlanmaq, vəzifələrini, rütbələrini artırmaq məqsədilə həbs edirdilər…""Haqsız yerə həbsə atılan BDU-nun Həmkarlar İttifaqının sədri Xasay Abbasov 4 istintaq keçirdikdən, Bağırova 5 məktub yazdıqdan sonra azadlığa buraxılır…"
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı "Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü" kimi qəbul edib. İnsanların "əks-inqilabçı", "trotskiçi", "casus","millətçi", "üsyançı" kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya "əks-inqilabçı" iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...

Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında "Ellər atası" Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi".

Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə "Çapar yayınları" nəşriyyatında işıq üzü görmüş "Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)" adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış "Ön söz"dəndir...

Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın "Repressiya olunmuş rektorlar və digər rəhbərlər" bölməsində 1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək "əks-inqilabçı" kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.

"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...

Həmkarlar təşkilatının sədri: Xasay Abbasov

(Əvvəli burada:i)

"…Bu qərarla razılaşmayan X.Abbasov 22 dekabr 1937-ci ildə AK(b)P MK-nin katibi M.C.Bağırova məktub yazıb. O, məktubunda Neft texnikumunda tarix-coğrafiya müəllimi işləməklə yanaşı, ADU-da oxumasını, başına gələnləri, partiyadan əsassız yerə çıxarılmasını, qardaşının bandit olması barədə deyilənlərin doğru olmadığını bildirərək yazıb: "...1934-cü ildə Azərb. SSR XDİK xüsusi şöbəsinin rəis müavini Qavrilov və XDİK-nın Laçın rayon şöbəsinin rəisi Xanlarov bizim kənd sovetində banditlərə qarşı mübarizə aparmaq məqsədilə gizli dəstə yaratdı. Bu gizli dəstənin üzvlərindən biri də qardaşım Qamboy idi. Ona silah və banditlərə qarşı döyüşmək üçün pul verilib. Bu işdə o, 1936-cı ilə qədər çalışıb. 1935-ci ildə kolxoz yaradılanda oradan çıxdı, kolxoza daxil olaraq sədr oldu. 1937-ci ilə qədər işlədi. Hazırda qardaşım Abbasov Qamboy "Qızıl bayraq" kolxozunun üzvüdür " . O xahiş edib ki, ona qarşı edilən haqsızlıqların aradan qaldırılmasına, əvvəlki müəllim işinə bərpa olunmasına kömək etsin. Eyni zamanda bildirir ki, XDİK Laçın rayon şöbəsinin rəisi Xanlarov indi XDİK-nin özündə yüksək vəzifədə çalışır. Bu məktubdan iki gün sonra, 24 dekabr 1937-ci ildə o, yenidən AK(b) P MK-na yeddi səhifəlik məktub yazıb.

O, məktubda ADU-nun ilk partiya təşkilatının qərarını əsassız adlandırıb göstərir ki, bunun nəticəsində onu Neft texnikumundakı müəllimliyindən də azad ediblər. Bundan sonra Xasay ittihamlara bir-bir aydınlıq gətirir.

"...1. İki dəfə biletin itirilməsi belə olub: Birinci dəfə 1933, İkinci dəfə 1934-cü ildə. Birinci dəfə tramvayda pul və əşyalarımı cibimdən çıxarıblar. Onda mən hələ ordu sıralarında idim. Azərbaycan diviziyasının partiya komitəsi buna görə mənə töhmət verib yeni bilet verdi. İkinci dəfə 1934-cü ildə oktyabr inqilabının XVII ildönümünün nümayişi zamanı onu mənim cibimdən çıxarıblar. Onda ADU-nun ilk partiya təşkilatı məni partiya sıralarından çıxardı. Ancaq rayon PK-nın bürosu ilk təşkilatın qərarını ləğv edib yenidən partiya üzvlüyünə namizədliyimi bərpa etdi. Bax iki dəfə partiya biletimi itirməyim belə olub. Voroşilov RPK 2 avqust 1936-cı ildə partiya sənədlərimi yoxladıqdan sonra 1933-cü ildə mənə verilən töhməti götürdü. Nəticədə 1936-cı ilin avqustunda mən heç bir töhmətsiz təzə bilet aldım.

2. Sosial mənşəyim haqqında: Atam İsmayıl Abbas oğlu oktyabr inqilabına qədər və sonra ortabab kəndli olub. 36 il bundan əvvəl1 atam yeddi ay meşə gözətçisi olub. Ona görə 1927-ci ildə keçmiş pristav Cabbarlı Cəlal (O, partiya sıralarından xaric edilib) mənim atamı kənddə səsvermədən məhrum edib. Ancaq 8 ay sonra Mərkəzdən gələn xüsusi komissiya Laçın rayonunu Müsəlmanlar kəndində yoxlama apardı. İttihamların əsassız olduğunu müəyyən edib atamın hüquqlarını bərpa etdi. Atam çarizmin qatı düşməni olub. İmperator müharibəsi (I Dünya müharibəsi-B.Ə.) dövründə bizim kənddə olan,12 gün davam edən silahlı üsyanda (1899-cu il nəzərdə tutulur-B.Ə) yaxından iştirak edib. Ona görə digər üsyançılarla birlikdə Gorus türməsinə salınıb. O, yalnız 1917-ci ildə çarizmin devrilməsindən sonra azad olunub. O, heç bir vaxt muzdlu əməkdən istifadə etməyib və 1929-cu ildə vəfat edib.

Qardaşım İbiş Abbasov Azərbaycanın sovetləşməsindən sonra Laçın rayon milis şöbəsində cinayət axtarış şöbəsinin rəisi olub. 1930-cu ildə iş başında banditlər tərəfindən öldürülüb. Ona görə XDİK anama birdəfəlik min rubl pul verib, ona təqaüd təyin edib. Bu pula isə o özünə bir neçə inək alıb. Bunu görən yerli yoldaşlıq cəmiyyətinin sərdi Məlik oğlu Əliş onu keçmişin qalığı adlandırıb və yağ verməyi tələb edib. Ancaq tələb olunan yağ çox olduğundan bunu verə bilməyibdir. Ona görə qardaşım Qamboyu məsuliyyətə cəlb edib işini məhkəməyə göndəriblər. Məhkəmə isə onu 1 il azadlıqdan məhrum edib. Ancaq tezliklə Ali Məhkəmə yerli məhkəmənin qərarına baxaraq onu ləğv edib və 1931-ci ildə müəyyən edib ki, qardaşım keçmişin qalığı deyil.

4. Qardaşım Qamboy 1921-1928-ci illərdə milis xəttilə işləyib, 1922-1925-ci illərdə bizim kənd sovetində İldırımın bandasına və Əliyanlıdakı quldur dəstəsinə qarşı mübarizə aparıb. Hansı ki, bu mübarizəyə yol. Bağırov rəhbərlik edib. Məhz onun rəhbərliyi ilə bu quldur dəstələri məhv edilib. Həmçinin 1930-cu ildə qardaşım Qamboy quldur və qaçaqlara qarşı cəsurcasına XDİK-nın verdiyi silah ilə vuruşub. 1934-cü ildə Azərb. XDİK xüsusi şöbə rəisinin müavini yol. Qavrilov və Azərb. XDİK-in Laçın rayon şöbəsinin rəisi Xanlarov bizim kənd sovetində quldurlara qarşı mübarizə aparmaq üçün gizli dəstə yaratdılar. Bu dəstənin üzvlərindən biri də qardaşım Qamboy olmuşdur. Hətta 1936-cı ilə qədər XDİK verdiyi silah və patron qardaşımda qalırdı. 1935-ci ilin sonunda bizim kənddə kolxoz yaradılanda o, kolxozun sədri oldu. 1937-ci ilin oktyabrına qədər bu vəzifədə işlədi. Hazırda da kolxozda işləyir.

Özüm Abbasov Xasay 1909-cu ildə Laçın rayonunun Müsəlmanlar kənd sovetinin Əlicanlı kəndində anadan olmuşam. 1923-cü ildə kənd məktəbinə getmiş, 1928-ci ildə qurtarmışam. Həmin il komsomol sıralarına daxil oldum. 1928-ci ildə Bakı şəhərindəki S.Ağamalıoğlu adına yer quruluşu texnikumuna girib 1931-ci ildə oranı bitirmişəm. Həmin il ordu sıralarına getdim. 1932-ci ildə ordu sıralarında olarkən partiya sıralarına daxil oldum.1932-ci ildə sınaqdankeçdim və komandir oldum. Müddət bitdikdən sonra hərbi hissənin rəhbərliyinin əmri ilə 4-cü Azərbaycan diviziyasına vzvod komandiri vəzifəsinə göndərildim. Pulemyot vzvodunun komandiri olduğum polkdan 1933-cü ildə uzunmüddətli ezamiyyətə getdim.
1933-cü ildə rayon PK-nin müfəttişi, Karyagin rayonunda şöbə müdirinin müavini, 1934-cü ilin sentyabrından ADU-nun tarix fakültəsinin tələbəsi oldum. Müxtəlif ictimai işlər yerinə yetirdim. Hazırda ADU-da IV kursda oxuyuram.
(…)
Xahiş edirəm, ağır vəziyyətimi nəzərə alaraq işimi yenidən yoxlatdırıb məni partiya sıralarına və əvvəlki işimə bərpa edəsiniz".

X.Abbasov bununla kifayətlənməyib. Bir qədər sonra, 16 yanvar 1938-ci ildə AK(b)P Bakı komitəsinə ərizə ilə müraciət edib. O bildirib ki, 13 oktyabr 1937-ci ildə ADU-nun ilk partiya təşkilatı onu partiyadan çıxarıb və 17 dekabr 1937-ci ildə Voroşilov rayon partiya komitəsi onu təsdiq edib. Xasay bunların doğru olmaması səbəbindən MK-ya məktub göndərməsindən bəhs edib. Sonra məktubun hazırda onlarda olduğunu bildirərək xahiş edib ki, buna birinci növbədə
baxılsın. X.Abbasov AK(b) P MK-nın katibi M.C.Bağırova 26 noyabr 1937-ci ildə dörd vərəqə, səkkiz səhifədən ibarət daha bir məktub yazıb.

29 noyabr 1937-ci ildə MK-ya daxil olan məktubdakı məsələlərin araşdırması Kvyatkovskiyə tapşırılıb. X.Abbasov bununla kifayətlənməyərək 26 noyabr 1937-ci ildə SSRİ Müdafiə naziri, marşal Voroşilova, SSRİ XDİK Yejova ərizə ilə müraciət edir. Hər iki məktubun surəti Bağırova da göndərilir. Məktub hər iki üzü makinada yazılmış iki vərəqdən ibarətdir.
Onu da bildirək ki, həbsdə olan bir şəxsin yazı makinasından istifadə edə bilməsi təəccüblü və şübhəlidir.

Bir qədər sonra o, M.C.Bağırova əvvəlkilərlə heç nə ilə fərqlənməyən beşinci məktub göndərir. Məktubunun axırında o, M.C.Bağırovdan onu şəxsən qəbul etməyi xahiş edib".
(...)
1938-ci ilin iyulundan 1939-cu ilin martınadək X.Abbasovun qondarma cinayət işi ilə bağlı 4 istintaq keçirilib.

"Təxminən üç ay 10 gün sonra, 26 fevral 1939-ci ildə saat 10-30-da dördüncü istintaq keçirilib. Yeri gəlmişkən, Xasayın istintaqında ilk dəfədir ki, istintaqın başlanması saatı, dəqiqəsi göstərilib. Müstəntiq bu dəfə taktikanı dəyişib ondan əmək fəaliyyəti, doğulduğu yer, ailə üzvləri, qardaşları və s. haqqında danışmağı tələb edib. O, xüsusilə X.Abbasovun qardaşları məsələsində yalan danışdığını, quldurlara qarşı deyil, onlarla birlikdə sovet hakimiyyətinin əleyhinə mübarizə apardıqlarını sübut etməyə çalışıb.
(…)

Müstəntiq bununla da istintaqı yekunlaşdıaraq bu barədə protokol tərtib edib. Azərbaycan XDİK DTİ-nin II şöbəsinin VI bölməsinin əməliyyat müvəkkili, DT-nin serjantı yuxarıda deyilənləri nəzərə alaraq qərar qəbul edib.

"...XDİK əim təşkilatın Azərbaycan filialında üzə çıxardığı ADU-dan olan üzvü Abbasov Xasay İsrafil oğlu 9 iyul 1938-ci ildə həbs olunub. Onun həbsi üçün əsas əks-inqilabçı millətçi təşkilatın üzvü olan Biləndərlinin, Məmmədbəyovun ifadələri, partiya sıralarından çıxarılmasını, partiya sıralarına daxil olarkən öz keçmişini, iki qardaşının 1930-1934-cü illərdə avantürist qiyamçı fəaliyyətlərini gizlətmələri olub.

Abbasov ona qarşı elan edilən ittihamları qəbul etmir. Onun qardaşları ilə bağlı dediklərini XDİK Laçın rayon şöbəsinin keçmiş rəisi Xanlarov, həmçinin Müsəlmanlar kənd sovetinin verdiyi arayış təsdiq edir. Abbasovun əks-inqilabçı millətçi təşkilatın üzvü olduğuna dair istintaq dövründə əlavə sübut əldə etmək mümkün olmayıb. H.Biləndərlinin, Ə.Məmmədbəyovun dedikləri isə Abbasovun işini məhkəməyə verməyə yetərli deyil. İstintaq əlavə sübut əldə etmək imkanına malik deyil. Yuxarıda deyilənləri və Respublika Prokurorunun müavininin nəticələrini nəzərə alaraq qərara aldım: Abbasov Xasay İsrafil oğluna qarşı qaldırılmış cinayət işi dayandırılsın. İttiham olunan Abbasov X.İ. oğlu dərhal azad olunsun. Bu barədə Azərb. SSR Prokurorunun xüsusi işlər üzrə prokuroruna məlumat verilsin."

Beləliklə, 20 mart 1939-cu ildə Xasay Abbasov həbsxanadan azad olunur…"

Kitab müəllifləri saysız-hesabsız repressiya sənədlərinin araşdırmalarından belə bir ibrətamiz nəticəyə gəlirlər:

"Həbs olunanların bəzilərini M.C. Bağırova qarşı guya terror aktı hazırlamaqda ittiham etmişdilər. Bunlar M.C.Bağırova yaltaqlanmaq, yarınmaq, onun gözünə girmək, vəzifəsini, rütbəsini artırmaq üçün edilmişdi..." (Moderator.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 639   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021