Azərbaycanda kişi arvadı ilə münasibəti olan dostunu döyərək öldürdü

Azərbaycanda kişi arvadı ilə münasibəti olan dostunu döyərək öldürdüMasallı rayonunda 1996-cı il təvəllüdlü Sərxan Abbasov mübahisə zamanı həmkəndlisi Rahib Muradovu (adlar şərti verilib - red.) öldürüb.

Teleqraf.com-un məlumatına görə, Sərxan bu il yanvarın 21-də saat 23 radələrində Masallı rayonunun kəndində evinə gəlib. O, qapını döyərkən evdən ayaq səsləri eşidib və qapını açan arvadı Sevdadan bu barədə soruşub.

Sevda müxtəlif bəhanələr gətirib, təmirsiz olan otağa pişik girdiyini deyib. Sərxan əlindəki telefonun fənəri ilə otağa işıq salanda dostu və həmkəndlisi, 1994-cü il təvəllüdlü Rahibin orada gizləndiyini görüb. O, Rahibi dəhlizə çıxarıb, hansı səbəbdən evinə gəldiyini soruşub.

Cavab verə bilməyən Rahibin Sevda ilə sevgi münasibətində olduğunu və arvadının xəyanət etdiyini başa düşüb. Dostunun sifət və baş nahiyələrinə ardıcıl yumruq-təpik zərbələri vurub.

Rahibin oraya gəlmiş şəxslərin köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılmasına və tibbi yardımlar göstərilməsinə baxmayaraq o, aldığı xəsarət səbəbindən yanvarın 27-də ölüb.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Rahib həmkəndlisi olmaqla yanaşı dostu və sinif yoldaşı olub:

"Rahib Bakı şəhərində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, həftəsonu isə kəndə qayıdırdı. Masallıya gələndə çox vaxt mənimlə əlaqə saxlayardı ".

"Yanımızda olacağını dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 21-də saat 14 radələrində Rahib mobil telefonuna zəng edib və Masallı rayonuna gəlmək istədiyini deyib:

"O, Bakı şəhərinin Qaradağ rayonu ərazisində olduğunu, Masallının Ərkivan qəsəbəsinə sərnişin gətirdiyini dedi, dostumuz Pərvizlə saat 21 radələrində restoranların birində əyləşib onu gözləməyimizi istədi.

Mən Pərvizlə kənd ərazisində olan restorana gedib orada çay içdik və Rahibi gözləməyə başladıq. Rahibin gəlmədiyini görəndə Pərviz ona zəng edərək harada olduğunu soruşdu. O, Ərkivan qəsəbəsi ərazisində olduğunu, bir neçə dəqiqəyə yanımıza gələcəyini dedi. Buna görə çay içib, onu gözləməyə davam etdik.

Bir neçə dəfə Rahiblə telefon əlaqəsi saxlamağa çalışmağımıza baxmayaraq o, zəngləri açmadı, artıq gec olduğunu nəzərə alıb saat 23 radələrində Pərvizlə restoranı tərk etdik".

"Pişik olduğunu dedi"

Sərxan qeyd edib ki, kənd ərazisində Pərvizlə vidalaşıb və evinə gedib:

"Mən telefonda oyun oynaya-oynaya evimə çatdım. Həyətə girəndə dəmirdən olan giriş qapısının bağlı olduğunu görüb qapını döyməyə başladım. Bir neçə saniyə sonra arvadım Sevda qapını açdı.

Sevda qapını açanadək mən çöl tərəfdə gözləyərkən evin içərisindən ayaq səslərinə oxşar səs gəldiyini eşitdim. Sevda qapını açıb məni sakit tərzdə qarşıladı. Mən də arvadımla hal-əhval tutaraq içəri keçdim. Ondan evdən ayaq səsləri gəldiyini, həmin səslərin nə olduğunu soruşdum. Arvadım mənə təmirsiz otağa qonşudan pişik girə biləcəyini dedi.

Qeyd edim ki, maddi imkanım zəif olduğundan 2 otaqdan ibarət evin ancaq yataq otağını təmir edə bilmişəm. Tavanı və qapısı olmadığı üçün qapı yerinə pərdə asılıb. Arvadım pişik ehtimalını dedikdə təmirsiz otağa daxil oldum. İşıq olmadığı üçün telefonumun fənəri ilə həmin otaqda pişiyi axtarmağa başladım. Bir nəfəri üzü divara əlləri ilə başını tutmuş vəziyyətdə gördüm.

Onun kurtkasının qolundan tutaraq evin dəhlizinə çıxardım. İşıqda Rahibi tanıdım. Ondan evimdə nə işi olduğunu soruşdum. Heç bir cavab vermədiyini, sadəcə qorxudan əsdiyini gördüm. Təkrar ondan evimdə nə işi olduğunu soruşsam da, sualıma yenə cavab vermədi".

"Dostuma zəng etdim"

Sərxanın ifadəsinə görə, Rahibin arvadı Sevda ilə əlaqəsinin olmasını güman edib və qeyri-ixtiyari Rahibin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub:

"Zərbələrin təsirindən Rahib yıxıldı. Sevdadan Rahibin burada nə elədiyini soruşdum, cavab vermədiyini görəndə ona da bir şillə vurdum. Rahibi vurduğumu görən arvadım Sevda qonşuluqda yaşayan atasını çağırmaq üçün evdən getdi. Dostum Pərvizə zəng edərək bizə gəlməsini xahiş etdim.

Sonra yerdə dizləri üstə əlləri ilə üzünü tutan Rahibin baş və üz nahiyəsinə dayanmadan yumruq zərbələri vurmağa başladım. Rahib müqavimət göstərərək sinə nahiyəmə zərbə vursa da, onun müqavimətini qırdım. Təxminən 15-20 dəqiqə Rahibin baş və üz nahiyələrinə çoxsaylı zərbələr vurmağa davam etdim.

Rahibə zərbələr vurub hirsimi çıxdıqdan sonra mətbəxə keçdim və bıçaq götürərək dəhlizə qayıtmaq istədim. Atamın, anamın və Sevdanın artıq evdə olduqlarını gördüm. Atam əlimdəki bıçağı aldı və özümə gəlməyim üçün üzümə şillə vurdu. Bıçağı alıb məni kənara itələdi".

"Məqsədim öldürmək olub"

Sərxan qeyd edib ki, daha sonra atası ondan nə baş verdiyini soruşub:

"Ona olanlar barədə məlumat verdim. Atam səbirli olmağımı, növbəti gün hər şeyin aydınlaşacağını dedi. Evdə ailə üzvlərim olmasına baxmayaraq Rahibə təkrar bir neçə yumruq zərbəsi vurdum. Bir-iki dəqiqə sonra isə Pərviz və digər sinif yoldaşım Rasim yaşadığım evə gəldilər.

Pərviz Rahibə yaxınlaşaraq ondan mənim evimdə nə işi olduğunu soruşdu. Rahib ona da cavab vermədi. Pərvizin ürəyi xəstə olduğu üçün halı pisləşərək yerə yıxıldı. Mən Rasimlə birlikdə Pərvizi rayon mərkəzi xəstəxanasına apardıq.

Atam isə Rahibin oğurluq məqsədi ilə evə girməsini düşündüyü üçün polisə məlumat verdi. Polis əməkdaşları gələrək Rahibi rayon mərkəzi xəstəxanasına apardılar. Yanvarın 27-də onun xəstəxanada öldüyünü eşitdim. Rahibi vurmaqda məqsədim onu öldürmək idi".

"Niyə döyülməsini mənə demədilər"

İş üzrə zərərçəkmiş Rahibin hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, Rahiblə 2019-cu ildə evlənib, bu evlilikdən iki uşaqları doğulub:

"Ərim bir neçə gün ağır vəziyyətdə reanimasiya şöbəsində qaldıqdan sonra yanvarın 27-də xəstəxanada öldü. Hadisədən sonra bildim ki, Sərxan yanvarın 21-də Rahibi evində tutub və onu döyüb".

"Cinsi əlaqədə oldum"

İş üzrə şahid qismində adı keçən Sevdanın sözlərinə görə, əri Sərxan və iki azyaşlı uşağı ilə birlikdə Masallı rayonun kəndində yaşayıb:

"2023-cü ilin dekabrın 27-də Sərxanın dostu Rahiblə "TikTok" sosial şəbəkəsində danışmağa başladıq. Daha sonra yaxın münasibətlərimiz yarandı. Müxtəlif vaxtlarda, ərimin evdə olmadığı hallarda bizə gəlirdi və cinsi əlaqədə olurduq.

Sonuncu dəfə Rahiblə gecə saatlarında Sərxan dostları ilə restoranda olduğu zaman evdə cinsi əlaqədə olmaq barədə razılaşdıq. Rahib gecə saat 23 radələrində mesaj yazaraq evin həyətinə çatdığını dedi. Mən onu qarşıladım. Evin həyətində cinsi əlaqədə olmağı təklif etsəm də, havanın soyuq olması ilə əlaqədar evə getmək istədiyini dedi. Mən də razılaşdım".

"Otaqda gizlənməsini bildi"

Sevda qeyd edib ki, daha sonra Rahibə Sərxan və ortaq dostları Pərviz zəng edib və restorana çağırıblar:

"Bir neçə dəfə Rahib onlara gələcəyini desə də, sonra mobil telefonunu səssiz rejimə qoydu. Rahiblə cinsi əlaqədə olduqdan sonra evin dəhlizində döşəmənin üzərində oturaraq söhbət etməyə başladıq. Təxminən yarım saat sonra qapının döyülməsini eşidəndə Sərxanın evə gəldiyini dedim. Rahib özünü itirərək evin təmirsiz olan otağına keçdi. Otağın taxtaları bərkidilmədiyi üçün səs saldı. Sərxan telefonla təmirsiz otağa işıq salanda Rahibi gördü".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1962   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İcra başçısının müavini ilə dalaşan şəxs - Həbs edildi

Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib. İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannux

12 dekabr
.

Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı - Video

Xəbər verdiyimiz kimi, Bakıda 44 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi onun 19 yaşlı oğlu saxlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub. Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixa

13 dekabr
.

Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib. Tağıye

15 noyabr
.

"Tarqovı"da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldı

Bakının mərkəzində qətl törədilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xila

6 noyabr
.

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisin

26 noyabr
.

Fikrət Cəfərli azadlığa buraxıldı

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb. Teleqraf-ın məlumatına görə, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. O, vəki

29 noyabr
.

Araz Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustağı oldular

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. -a istinadən xəbər veri

19 noyabr
.

Sabirabadda qadın güllələnərək öldürüldü - Qardaşı tutuldu

Sabirabadda qətl törədilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdl

14 noyabr
.

"Deyirdi "əlindən güclə qaçdım" - Xəyalənin anası

Xəbər verdiyimiz kimi, 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub. Mərhumun anası Zərifə Xəlilova "Qafqazinfo"ya bildirib ki, qızı 9 il öncə qonşuları hərbi xidmətdən dönərkən onun yığıncağında iştirak edib. Sonunc

13 noyabr