Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxs İFADƏ VERDİ

Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxs İFADƏ VERDİAzərbaycanda terror aktı və dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlamaqda ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Elşən Nəcəfov sərbəst ifadə verib.

O bildirib ki, ali təhsillidir, dövlət qulluğunda çalışıb:

"Səhər işə gedib, evə gəlmişəm. Ötən il DTX əməkdaşları tərəfindən səhər saatlarında saxlanmışam. Lakin hansı səbəbdən saxlandığını bilmirdim ".

39 yaşım var, 10 ildir Elm və Təhsil Nazirliyində işləmişəm.

Dövlət ittihamçısının suallarını cavablayan Elşən Nəcəfov bildirib ki, "facebook" istifadə edib.

"Rəhim Əliyevə kitab barəsində səs atmışam. İngilis casusuna aid bir kitab idi. Mənə maraqlı gəldi.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə "Facebook profilinizdə başqa ad altında Azərbaycanda hakimiyyətin zorla əl keçirilməsi, konstitusiyanın zorla dəyişdirilməsi ilə bağlı status yazmısız" sualını ünvanlayıb.

Elşən Nəcəfov profilin ona məxsus olduğunu bildirib.

"Şəriətlə bağlı bəzi şeylər məni maraqlandırırdı. Bəzi şəxslərə bununla bağlı suallar ünvanlamışam. Bunun da səbəbi yalnız günah olub-olmadığı olub".

E.Nəcəfov vəkilin suallarını cavablandıran zaman "teleqram" kanalı vasitəsilə bir neçə şəxsə suallar verdiyini bildirib:

"Sosial şəbəkərlərə baxanda gördüm ki, bəzi profillərdə kimlərə sui-qəsd etməklə bağlı postlar gördüm. Mən də Rəhim Əliyev adlı istifadəçiyə sual yazdım ki, islam şəriətinə görə bəzi dövlət xadimlərin öldürülməsi halaldır ya haramdır? Onun bu cür çıxışları vardı, bu səbəbdən bu sualı ona ünvanlamışdım. Bir müddət sonra da həmin mesajları sildim".

Vəkil qeyd edib ki, iş materiallarında Elşən Nəcəfovun xarici ölkələrdən birinin Azərbaycandakı Səfirliyini izlədiyi yazılıb, o müdafiə etdiyi şəxsdən bunu soruşub.

Təqsirləndirilən şəxs vəkilin sualına cavab olaraq deyib ki, səfirliyi izləməyib, sadəcə yol üstü həmin o ərazidən keçib.

Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.

Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda "şəhid" hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1543   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin

11 sentyabr
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr