Modelyerin atasının 100 min manatı hara yoxa çıxıb? - Ziddiyyətli ÖLÜM İŞİ

Modelyerin atasının 100 min manatı hara yoxa çıxıb? - Ziddiyyətli ÖLÜM İŞİBakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Mustafa Zeynalovun qardaşı Əlisafa Zeynalov şahid qismində dindirilib.

Şahid, eyni zamanda Namiq Əliyevin keçmiş qaynatası olub. Əlisafa Zeynalov bildirib ki, hadisədən məlumatı olmayıb. O, hadisəni istintaq zamanı öyrənib:

"Hadisə haqqında məlumatım olmayıb. Hadisədən sonra məni zəng edib şöbəyə çağırdılar. Xəbər tutdum ki, hadisə zamanı müəyyən məbləğdə pul da yoxa çıxıb. Kürəkənimlə qızımın yaşadığı qaynanama məxsus evdə özüm axtarış keçirdim. Oradan 53 min manata yaxın pul aşkarladım və müvafiq qurumlara təhvil verdim. Onlar pulu gec aktlaşdırdılar. Lakin, mən polisə kömək etmişdim".

Müdafiə vəkilləri cinayət vaxtına yaxın tarixdə - 14 apreldə pulun tapıldığı evin ipotekasının ödənilməməsinə görə hərraca çıxarılması faktına əsaslanaraq, şahiddən o məbləği ödəmək üçün vəsaiti necə əldə etdiyini soruşub. Bu zaman şahid bildirib ki, 30 min manatı rəsmi olaraq dostundan, qalan pulu isə banklardan borc alıb.

Daha sonra müdafiə tərəfi həmin borcun alınma tarixini soruşduqda məlum olub ki, borc hərracdan sonra - 17-19 aprel tarixində alınıb. Şahid bu ziddiyətə cavab olaraq deyib ki, hərraca pulu biznesindən borc olaraq götürüb və daha sonra geri ödəyib:

"İstintaqda bildirdiyim borcu həqiqətən də hərraca görə almışdım və o evi qaytarıb kiçik qızımın adına keçirdim. Amma hərracı özümdə olan pulla ödəmişdim. Kişiyəm mən, evimdə pul olur. Özüm də bizneslə məşğulam. Ordan götürüb ödədim. Daha sonra yerinə qoymaq məqsədi ilə digər borcları aldım. Sənədlərim də var ki, daha öncə özümə məxsus daşınmaz əmlaklar da satmışam. Yəni evimdə pul olması normaldır".

Həmin sənədlərdə də əmlakların 2014-2015-ci illərdə satıldığı müəyyən edilib. Şahid pulun necə dəqiqləşdirildiyi bağlı verilən digər suallar "yadımda deyil" deyərək cavablandırıb. İfadədə yaranan ziddiyyətə görə zərərçəkmişin müdafiəçisi vəsatət qaldıraraq çıxış edib:

"Şahidin ifadəsindəki ziddiyyətlərlə əlaqədar məhkəmədən xahiş edirik ki, hadisəni araşdıran müvafiq qurum bu məsələyə yenidən baxsın. Əlisafa Zeynalov hərraca verdiyi 68 min manatı necə dəqiqləşdiridiyini tam ifadə edə bilmədi. Qətlə yetirilən Kamran Bəkirovun yoxa çıxan 300 min manatından 100 mini hələ də tapılmayıb. Biz düşünürük ki, bu pulu təqdirləndirilən şəxslərin qohumu evini xilas etmək üçün istifadə edib. Elə qətlin əsl səbəbi də həmin pul olub".

İclas 17 oktyabr tarixinə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Mustafa Zeynalov millət vəkili Elnur Allahverdiyevin doğma dayısıdır.

İttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib.

İstintaq sənədlərinə görə, bu ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1582   Tarix: 26 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin

11 sentyabr
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr