Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdıAzərbaycanda bərbər özünü polkovnik-leytenant kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunur.

"Qafqazinfo"nun istintaq materiallarından əldə etdiyi məlumata görə, 41 yaşlı Samir Nəsibov 13 nəfərə yaxşı qazanc vəd edərək onları aldadıb.

Bu işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsində aparılıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərlə razılığa gələ bilmədiyi üçün sözügedən İdarənin müstəntiqinin vəsatəti əsasında həbs edilib.

Yasamalda bərbər işləyən Samir Nəsibov zərərçəkmişlərin hamısını eyni cür aldadıb. O, özünü nüfuzlu şəxs və doğulduğu Gəncə şəhərində etibarlı ticarət əlaqələri olan biri kimi tanıdıb. Zərərçəkmişlərə deyib ki, Bakıdan daha ucuz qiymətə mobil telefonlar və qızıl-zinət əşyalarını Gəncədə "əl krediti" formasında satacaq, nəticədə yaxşı qazanc əldə edəcəklər.

Ona inanıb pul verənlərin bəziləri bərbər işlədiyi salonun müştəriləri, bəziləri isə paytaxtda qızıl-zinət əşyaları satan ticarət mərkəzində işləyənlərdir.
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdıMaraqlıdır ki, Samir öz sevgilisini və onun rəfiqəsini də aldadıb. Evlənmək üzrə olduğu qadına və rəfiqəsinə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışdığını, polkovnik-leytenant rütbəsi daşıdığını bildirib. Rəfiqələr istintaqda deyiblər ki, Samirin yaşadığı eve gediblər və otaqlarda hərbi formalar görüblər. Bundan sonra daha çox inam yaranıb. Nəticədə Samir sevgilisinin 25 min manatlıq, onun Moskva Univermağında işləyən rəfiqəsinin isə 36 min manatlıq qızılını ələ keçirib. Onlar istintaq vaxtı üzləşmədə Samirin əməllərini üzünə deyərək onu ifşa ediblər.

İttihamda yazılıb ki, iş üzrə 13 zərərçəkmişə ümumilikdə 500 min manata yaxın ziyan dəyib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2229   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

Naxçıvanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. -a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilə

23 sentyabr
.

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu

3 noyabr
.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş

Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd

14 oktyabr
.

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Apellyasiy

12 noyabr
.

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini

19 oktyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas

29 sentyabr