Zəfər Gününə qədər şəhid ailələrin və qazilərin kredit borcları silinir? - AÇIQLAMA

Zəfər Gününə qədər şəhid ailələrin və qazilərin kredit borcları silinir? - AÇIQLAMAŞəhid ailələri və qazilər üçün atılan addımlar cəmiyyət tərəfindən hər zaman müsbət qarşılanıb. Zəfər günü yaxınlaşır, bəs, sözügedən gündən öncə şəhid ailələri və qazilərin bank kreditlərinin bağlanması ilə bağlı addımlar atılacaqmı?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, banklar sözügedən ailələrin kredit borclarının silinməsi üçün dövlətdən müəyyən güzəştlər gözləyir:

"İlk növbədə onu qeyd edim ki, belə bir addım atılsa yaxşı olar. Təbii ki, şəhid ailələrinin və qazilərin kredit borclarının silinməsi ilə bağlı qərarlar hər zaman cəmiyyət tərəfindən çox yaxşı qarşılanıb. Zamanla da belə addımlar atılıb. Amma indi belə bir addımın atılacağı ilə bağlı hələki, heç müzakirə belə baş tutmayıb. Çünki müharibədən dərhal sonra ən azından şəhid ailələrinin kredit borclarının bağlanması ilə bağlı məlumatlar var, bütün banklar bu addımı atdılar. Sözügedən addım sonradan bəzi qazilərə də şamil olundu. İndi isə bu addımın atılmağı ilə bağlı hər hansı bir məlumat yoxdur, açığı olacağını da düşünmürəm. Çünki banklar belə addım atarkən dövlətdən müəyyən güzəştlər gözləyir. Yəni, güzəştlər olmalıdır ki, onlar kreditləri bağlaya bilsinlər. Bu səbəbdən də bununla bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olmalıdır. Hələki, belə bir qərar yoxdur. Amma Zəfər Gününə bir müddət vaxt var. Ümid edək ki, bu müddət ərzində bu müzakirələr baş tutsun və Nazirlər Kabinetinin verdiyi güzəştlər hesabına banklar da belə bir xoşməramlı addım atsınlar".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3755   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021