"COP29-la Azərbaycan yüksək səviyyədə inkişafa nail olacaq"-DEPUTAT
"COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq münasibətlər sistemində ölkənin artan nüfuzunun bariz təsdiqidir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın gündəliyində duran əsas məsələ yaşıl və bərpa olunan enerji konsepsiyasının tətbiqi ilə əlaqədar irəli gələn öhdəliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır:
"Yaşıl enerji sisteminin daha çox işğaldan azad olunmuş ərazilərə yönləndirilməsi gözlənilir. Yaşıl zonanın qurulması, oranın təbii resurslarının, bərpa olan enerjiyə yöndərilməsi gündəlikdə duran əsas məsələlər sırasındadır.
COP29-da əsasən günəş, külək və su kimi bərpa olunan enrjilərin mənbələrinin qorunması və yeni texnologiyaların tətbiqi ilə onlardan səmərəli istifadə edilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Bu artıq iqtisadiyyatın böyük bir seqmentini enerji ilə təmin etməsinə xidmət edən bir məsələdir".
Deputat vurğulayıb ki, əgər bu günə qədər ənənəvi enerji mənbələri neft və qaz idisə, bundan sonra onlara paralel olaraq alternativ enerji mənbələrindən şaxələnmiş şəkildə istifadə ediləcəkdir:
"Biz COP29-la dünyaya nümayiş etdirdik ki, Azərbaycan alternativ enerji mənbələrinin geniş şəkildə inkişaf etdirilməsində maraqlıdır. Bu gün su elektrik stansiyalarının qurulması, külək elektrik stansiyalarlının inşa etdirilməsi, Xəzər dənizində və digər ərazilərdə tamamilə yeni bir texnologiyanın tətbiq olunması, buna paralel olaraq kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin bir-birinə inteqrasiya olunmuş şəkildə yüksəlməsinə gətirib çıxaracaqdır.
Bu artıq Azərbaycan dövlətinin prioritet məsələlərindən biridir. Siz bilirsiniz ki, Azərbaycanın beş milli prioritet məsələsi var. Bu məslələlərdən biri də məhz ətraf mühitin mühafizəsi, yaşıl enerji və digər texnologiyalı konsepsiyaların reallaşdırılmasıdır.
COP29 iqlim konfransı faktiki bir dialoq platformasıdır. Bu dialoq platforması həm də müxtəlif nailiyyətlərin, bilik və bacarıqların mübadiləsi üçün istifadə olunan platformadır. Azərbaycanın yaxın bir neçə 10 illikdə hesablanmış perespektivlərinin müəyyən olunması və həyata keçirilməsi baxımından da önəmlidir.
COP29- la Azərbaycan bu sahələrin yüksək səviyyədə inkişafına nail olacaqdır".
Nuray Nəzərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg
31 iyul 2021Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa
31 iyul 2021Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
17 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
13 may 2021Azərbaycan təbii qaz ixracını 57 % artırıb
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar
17 iyul 2021Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI
Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı
17 iyul 2021Azərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021