Vüsalənin ölümündə yeni DETALLAR - Anasına zəngində təhdiddən danışıbmış
Üç ay əvvəl özünü yaşadığı binanın yeddinci mərtəbəsindən ataraq intihar etdiyi deyilən Vüsalə Dadaşovanın ölümü ilə bağlı ciddi iddia irəli sürülüb.
"Qafqazinfo"nun məlumatına görə, mərhumun atası Zakir Nəbiyev qızının intihar etməsinə inanmır, onun qəsdən öldürüldüyünü düşünür.
Valideyn saytımıza göndərdiyi müraciətində yazır ki, qızının əri tərəfindən qəsdən öldürülməsindən şübhələnir:
"Bu hadisənin qəsdən törədilmiş cinayət olduğunu sübut edən kifayət qədər faktımız var. Məsələn, qızım hadisədən bir müddət əvvəl qonşusunun telefonu ilə anasına zəng edib. Telefon zəngində öldürüləcəyini deyib. Həmin gün Vüsalə əri Sevindik Dadaşovla birgə evdə olub. Bir neçə dəqiqə sonra da hadisə baş verib. Qızımın ölümü planlaşdırılmış cinayətdir".
Z.Nəbiyev bu işin istintaqından narazıdır. O, işə düzgün baxılmadığını, sübut olaraq düşünüb təqdim etdiyi materiallara önəm verilmədiyini deyir:
"Qızımın azyaşlı övladının uydurma izahatı və hadisəni gördüyünü iddia edən taksi sürücüsünün ifadəsi əsasında cinayəti bağlamaq istəyirlər. Biz bunu qəbul etmirik. Qızımın qəsdən öldürülməsi məsələsinə baxılmalıdır. Məsul şəxslərdən bu məsələdə bizə kömək olmalarını xahiş edirik".
Mərhum Vüsalənin atasının ittihamları ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlanıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır:
"Bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, habelə təqdim olunmuş hər bir dəlilin öyrənilərək düzgün hüquqi qiymətləndirilməsi təmin ediləcək".
Xatırladaq ki, hadisə bu ilin iyulunda Xətai rayonunun Gəncə prospektində baş verib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü V.Dadaşova özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2151 Tarix: 10 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabr4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqust