Baş Prokurorluqdan Araik Arutyunyan, Davit Babayan və digərləri ilə bağlı məlumat
Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb.
Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun "prezidentləri" olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2445 Tarix: 11 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var
Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili
22 aprelBeş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI
Cəlilabad rayonunun Uzuntəpə kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 5 yaşlı Zamanov Onur Amil oğlu həyətdə oynadığı zaman bir müddət nəzarətsiz qalıb. Az sonra onun evin ətrafından uzaqlaşdığı müəyyən edilib. Ailə üzvləri və yaxınları azyaşlını axtarmağa başlayıblar, lakin onu tapmaq mümkü
2 iyunBakıda ər-arvad qətlə yetirildi
Bakıda qətl hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaql
25 mayÖldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil
3 aprelSaleh Səmədov 200 min manat mənimsəyibmiş
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrd
20 mayİlham Haqverdiyev azadlığa buraxıldı
Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela
1 maySalyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan
28 mayMehriban Abasquliyeva məhkəmə zalında həbs olundu
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
4 iyun