Azərbaycandan Avropaya nə qədər qaz ixrac olunub? - RƏQƏMLƏR
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub.
Qaynarinfo xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu aylar ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 4,2 milyard kubmetr qaz nəql edilib.
Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2 % çoxdur.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana "mavi yanacağın" nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarə
5 iyulAzərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind
11 iyulEldar Əzizov yeni rəis təyin etdi
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub. -a istinadla xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb
3 iyulAzərbaycan gübrə idxalına 50 milyon dollar xərc çəkib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50 milyon dollar dəyərində gübrə idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hesabat dövründə ölkənin gübrə idxalı xərcləri ötən ilin eyni ayları ilə müqayisədə 8% çoxdur
6 avqustAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyunAzərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd
20 iyunAzərbaycan piy və yağ ixracından gəlirini 57 % artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 15,2 milyon ABŞ dolları dəyərində 10 min 285 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 57 %, həcmi isə 32 % artıb. Hesaba
28 iyunAzərbaycan meşə fındığı ixracından gəlirini 38 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 7 min 756 ton meşə fındığı ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 90,2 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 667 ton (17,6 %) az, dəyər baxımında
27 iyunŞirinləşdirilməmiş suların istehsalı artıb
Bu ilin birinci yarısında ölkədə 17009,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 11,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə iyun ayında 3 584,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunu
6 avqust