"COP29 ölkəmizdə turizim aktivliyini artıracaq" – AÇIQLAMA
11–24 noyabr tarixlərində Bakıda keçiriləcək olan COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur.
Bəs görəsən bu konfransın Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacaq?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, COP29-un iqtisadiyyatımıza bir neçə yöndən müsbət təsiri var:
"COP-un Azərbaycan iqtisadiyyatına bir neçə yöndən müsbət təsiri var. Birincisi COP-a hazırlıqla əlaqədar ölkədə ciddi təmir işləri gedir. Otellər, binalar hazır vəziyyətə gətirilir ki, COP-a gələn qonaqlara qalmağa yer olsun. Bu, COP-la əlaqədar hökumətin və özəl sektorun xərcləmələridir. Amma həmçinin iqtisadiyyatın inkişafına pul ayrılıb deməkdir. İkincisi, COP-a gələn qonaqlar turizim sektorunda müvəqqəti də olsa canlanma yaradacaqlar. Otellər tam dolacaq, ticarət sektrounda irəliləyiş olacaq. Yardımçı nəqliyyatda artım olacaq. Qısa müddətli də olsa turizim aktivliyi artacaq. Bunlar COP-un iqtisadiyyatımıza proqnozlaşdırılan təsirlərdir. Bunlardan başqa müxtəlif əlaqələrin yaranması, formalaşması da digərr ehtimal olunan məsələlərdəndir. Bu əlaqələr hansı faydanı verəcək və ya heç bir fayda verməyəcək bunu biz gələcəkdə görəcəyik. Amma ümumilikdə bura yüksək vəzifəli şəxslərin, iş adamlarının, dövlət nümayəndələrinin gələcəyinə görə ölkəmizin təqdimatı, əlaqələrin formalaşması baxımından müsbətdir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə
10 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrAzərbaycan avtobus idxalını 2% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır
16 sentyabrÖlkədən nə qədər mis məmulatları ixrac edilib?
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis
9 sentyabrAzərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu
15 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAvtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA
Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil
10 sentyabr