Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: "Özümdə olmamışam"

Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: "Özümdə olmamışam"Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin (CM) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən Elməddin Üzeyir oğlu İsmayılovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

Sonxeber.az unikal.az-a istinadən xəbər verir ki, Elməddin İsmayılov öz həyat yoldaşı Xatın İsmayılovanı öldürməyə cəhd edib. İttiham aktına görə, Elməddin İsmayılov kirayə qaldığı evdə qaynının arvadı Firəngiz Rəsulovanın gözü qarşısında Xatın İsmayılovanın boğazını kəsmək istəyib. Ancaq Firəngiz Rəsulovanın müdaxiləsi nəticəsində niyyətinə nail ola bilməyib və Xatın İsmayılovaya 9 bıçaq zərbəsi vurub.

Təqsirləndirilən şəxs hadisəni törədən zaman özündə olmadığını deyib.

Məhkəmə prosesi oktyabr ayının 29-na kimi təxirə salınıb.

Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Xatın Ehtiram qızı İsmayılova həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda CM-in 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: "Özümdə olmamışam"


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1549   Tarix: 16 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis

6 may
.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

Əli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar

10 iyun
.

Yanğın təhlükəsi olan mağaza bağlandı - Video

Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak

30 aprel
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Özünü "Dr.Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb. "Yeni Sabah"a istinadl

14 may
.

Həmin şagird həbs edildi

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl

22 aprel
.

Beş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI

Cəlilabad rayonunun Uzuntəpə kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 5 yaşlı Zamanov Onur Amil oğlu həyətdə oynadığı zaman bir müddət nəzarətsiz qalıb. Az sonra onun evin ətrafından uzaqlaşdığı müəyyən edilib. Ailə üzvləri və yaxınları azyaşlını axtarmağa başlayıblar, lakin onu tapmaq mümkü

2 iyun
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel