"Qəzadan əvvəl ayı ödü yemişdim, ola bilsin, spirtli olub..."
Bu ilin 11 aprel tarixində Masallıda baş vermiş ağır yol qəzasına görə açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo" xəbər verir ki, rayonun Hişkədərə kənd sakini 1985-ci il təvəllüdlü T.Dadaşov Cinayət Məcəlləsinin 263-1.3-cü (Sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi ilə təqsirli bilinib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə T.Dadaşov sürücülük vəsiqəsini Rusiyada aldığını, ancaq Azərbaycanda təsdiqlətdirmədiyini bildirib.
O, piyada Şirəli Əliyevin öldüyü hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, lakin həmin gün ayı ödü yediyini deyib: "Uşağın istədiyi çipsi bizə yaxın mağazada olmadığı üçün "VAZ 2109" markalı maşınla başqasına getdik. Avtomobildə qızımdan başqa heç kim yox idi. Sərxoş olub-olmadığımı həkim yoxlayıb. Qəzanın baş verdiyi gün ayı ödü yemişdim. Ödün tərkibində, ola bilsin ki, spirt olub, ancaq məni sərxoş edəcək dərəcədə ola bilməzdi. Rusiyadan Azərbaycana bir il olar, gəlmişəm. Mərhum Şirəlini uşaqlıqdan tanıyırdım, onunla münasibətim yaxşı olub. Hadisə günü, yəni aprelin 11-i spirtli içki qəbul etməmişdim. Ayı ödü rəhmətlik atamdan qalmışdı".
Mərhum Ş.Əliyevin həyat yoldaşı məhkəmədə T.Dadaşova qarşı 100 min manatlıq mülki iddia qaldırıb.
Məhkəmə təqsirləndirilən sürücüyə 5 il 6 ay həbs cəzası verib. Onun sürüclük hüququ da əlavə olaraq 4 il 6 ay müddətə məhdudlaşdırılıb.
Bundan başqa, mülki iddia qismən təmin edilib. Dəfndə çəkilmiş xərclər daxil olmaqla, vurduğu maddi ziyana görə 6000, mənəvi ziyana görə 3000 manat məbləğin T.Dadaşovdan tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.
Qeyd edək ki, ayı ödü bir çox şəxslər tərəfindən tibbi məqsədlərlə qida əlavəsi kimi qəbul edilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1708 Tarix: 17 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustQohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabrŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqust15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqustXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqust