Bayram gecəsi etdiklərinə görə - Ömürlük həbsi istənildi
Dekabrın 31-i axşam saatlarında iki nəfəri öldürməkdə ittiham olunan Arif Bəhərçiyevin məhkəmə istintaqı tamamlanıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
Prokuror 22 yaşlı müttəhimin verilmiş ittihamlarla təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə qanunun icazə verdiyi ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini tələb edib.
Fotoda: prokuror Eldar Həmzə
Sədrlik edən hakim Əli Məmmədov müdafiə çıxışına hazırlanması üçün vəkilə vaxt verib.
Qeyd edək ki, hadisə ötən ilin son günü-bayram gecəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Arif anası ilə birgə işlətdiyi kafedə yaranan mübahisə nəticəsində 55 yaşlı Namiq Orucov və 42 yaşlı Ramil Səfərovu bıçaqla qətlə yetirib. O, hadisədən əvvəl anasını da döyüb. Namiq və Ramil elə həmin vaxt mane olmaq istədikləri üçün sonradan öldürülüblər.
Arifə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə yekun ittiham elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1800 Tarix: 21 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustQohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabrŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqust15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqustXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqust