Bakıda iş adamına cinayət işi açıldı - 371 min manatlıq fırıldaq - FOTO
Bakıda dələduzluqda ittiham edilən iş adamı saxlanılıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai RPİ-nin keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmiş Samir Umudov tutulub.
Müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda mənzillərini təmir edəcəyi adı ilə zərərçəkənləri aldadaraq pullarını ələ keçirib. Bu müddət ərzində S.Umudov həmin şəxslərdən ümumilikdə 317 min manatdan artıq pul alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.
Həmçinin, S.Umudov zərərçəkənlərdən birinin etibarından sui-istifadə edərək onun mənzilini banklardan birinə girov qoyaraq maddi vəsaiti ələ keçirib.
Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. S.Umudov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun digər şəxslərə qarşı analoji cinayətlər etməsi istisna edilmir. S.Umudovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif şəxslər özünü "ST Group" şirkətinin rəhbəri kimi təqdim edən Samir Umudov barəsində şikayətlər paylaşıblar.

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1469 Tarix: 23 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqustTovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ
Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye
25 avqustTbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatınd
6 iyulTovuzda 32 yaşlı kişi qətlə yetirildi - Kəndlisi saxlanıldı
Tovuzda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, cinayət rayonun Eyyublu kəndində qeydə alınıb. Belə ki, 32 yaşlı Elməddin Quliyev kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən onun 1997-ci il təvəllüdlü həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb
1 iyul21 yaşlı gənc ürəyindən bıçaqlandı - Hərbçi saxlanıldı-Yenilənib
Ağstafa sakini ürəyindən bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməs
14 iyulBibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ - VİDEO
Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi keçirilib. -ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nail
30 iyunMehriban Abasquliyeva məhkəmə zalında həbs olundu
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
4 iyun