Qaçmaq, ya döyüşmək? Hollivud ulduzları ABŞ-də vətəndaş müharibəsinə hazırlaşırlar

Qaçmaq, ya döyüşmək? Hollivud ulduzları ABŞ-də vətəndaş müharibəsinə hazırlaşırlarABŞ-də Donald Trampın seçkidə qələbəsindən sonra yerli liberallar arasında narahatlıq əhvali-ruhiyyəsi kütləvi şəkildə artır. Bu fonda bəziləri ölkədən qaçır, digərləri isə sağ qalma kurslarına yazılır, silah alır, evlərini, maşınlarını zirehləyirlər. Çünki get-gedə daha çox ölkə sakini hesab edir ki, Birləşmiş Ştatlarda yeni vətəndaş müharibəsinə qədər çox az qalıb.

Qaç, Forest, qaç

"Prezident Tramp 2.0 mənim hazır olduğum şey deyildi. Nəticələri görəndə düşündüm: "Qaç, Forest, qaç!" Mən də məhz bunu etdim", - deyə Hollivud əfsanəsi Tom Henks sosial şəbəkə hesabında yazıb.

Bir çox digər ulduzlar da oxşar əhvali-ruhiyyə yaşayırlar.

Qeyd edək ki, seçki zamanı Hollivud, demək olar ki, tam tərkibdə demokratlardan olan namizəd Kamala Harrisi dəstəkləyib.

Robert De Niro və Harrison Ford, Arnold Şvartsenegger və Meril Strip onun dəstəyi üçün videolar çəkiblər. Corc Kluni onun kampaniyası üçün fəal şəkildə vəsait toplayıb, Beyonse, Cennifer Lopes və digər şou-biznes ulduzları onunla mitinqlərdə çıxış ediblər.

Bəziləri, hətta seçicilərə söz veriblər: "Əgər Tramp qələbə qazansa - məni bir daha ABŞ-də görməyəcəksiniz!"

Ölkədən qaçacaqlarını aktyor Riçard Gir, aktrisa Vupi Qoldberq, müğənnilər Şer və Mayli Sayrus, repçi Snup Doq vəd ediblər.

Tom Henks kimi bəziləri həqiqətən çamadanlarını yığıb gedib. Məsələn, Riçard Gir iki il əvvəl aldığı Konnektikutdakı malikanəsini 10.75 milyon dollara satıb və həyat yoldaşının vətəni İspaniyaya köçüb.

Lakin belə nümunələr çox azdır. Məsələn, Samuel L.Cekson hələ Trampın birinci müddətində getməyi vəd etmişdi, amma hələ də Kaliforniyada yaşayır. O cümlədən "Yupiterə uçmaq" istəyən müğənni Şer, Kanadaya qaçmaq istəyən reper Snup Doq kimi bir çox ulduz heç nə olmamış kimi davranmağı qərara alıb.

ABŞ cəmiyyətində də narahatlıq artır. Demokratlar və respublikaçıların heç bir ortaq məxrəcə gələ bilmədiyi görünməmiş siyasi qütbləşmənin vətəndaş müharibəsinə çevriləcəyindən qorxan insanların sayı çoxalıb.

CNBC kanalı varlı vətəndaşların sayının kəskin artdığı barədə məlumat verib. Səbəb siyasi sarsıntılardan qorxmaqdır.

"Arton Capital" şirkətinin sorğusuna görə, ABŞ milyonerlərinin 53%-i prezident seçkisinin nəticələrindən asılı olmayaraq ölkəni tərk etməyi planlaşdırır. Onların əksəriyyəti 18-29 yaş arası milyoner gənclərdir.

Ən çox tələbat Avropayadır. Lakin bəzi varlı müştərilər üçüncü dünya müharibəsinin başlayacağından qorxur və ona görə də daha etibarlı sığınacaq axtarırlar.

"Mən bunu bir çox insanla söhbətlərdə daim eşidirəm. Birdən yeni vətəndaş müharibəsi başlayar? Ya varlılara qarşı üsyanlar başlayar? Ya da yeni dünya müharibəsi?" - deyə "LinkedIn"in qurucusu Rid Hoffman "New Yorker" jurnalına danışıb.

Onun sözlərinə görə, Silikon Vadisinin milyarderləri arasında bunker sahibi olmaq "Ferrari" sahibi olmaq qədər adiləşib.

Vadinin çoxlu milyarderi Yeni Zelandiyada torpaq alıb. Onlar inanırlar ki, gələcək dünya Armageddonu adaya çatmayacaq. Bəziləri planetin ən çətin əlçatan guşələrində, məsələn, Atakama səhrasında, ya da İsveçrə Alplarında sığınacaq tikir.

Silahlan və möhkəmlən

Vətəndaş müharibəsi qorxusu adi vətəndaşlar arasında da artır. Əlbəttə ki, onların əksəriyyəti bahalı köçü özlərinə rəva görə bilmirlər, ya da sadəcə getmək istəmirlər. Onlar silah alır, sağ qalma kurslarına yazılır və evlərini möhkəmləndirirlər.

İnsanlar silah və alətlərdən istifadə etməyi, əldə olan materiallardan sığınacaq tikməyi, kamuflyajdan istifadə etməyi, kompas və xəritələrlə ərazidə istiqamətlənməyi, həmçinin ilk yardım göstərməyi öyrənirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1344   Tarix: 11 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr