Ayda bostan salınır: Yerə misilsiz faydası açıqlandı
Avstraliyanın Ayda bitkiləri yetişdirmə üzrə "Lunaria One" startapı ABŞ-nin "Intuitive Machines" özəl kosmos şirkətinin 2025-ci il üçün planlaşdırılan missiyasında iştirak edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Guardian" qəzeti məlumat verib.
"Lunaria One" tərəfindən hazırlanmış toxum və bitkilərlə dolu kapsul "Intuitive Machines"in Ay moduluna yerləşdiriləcək. Modul 380 min kilometr məsafə qət edərək Yerin təbii peykinin səthinə çatmalıdır.
"Aleph" adlı eksperiment bitkilərin start meydançasında uzun müddətli saxlanma, start zamanı yüksək təzyiq və -130-dan 120 dərəcəyə qədər temperatur dəyişiklikləri də daxil olmaqla sərt kosmik şəraitə dözə biləcəyini göstərəcək", - deyə "Lunaria One"ın direktoru Loren Fell izah edib.
Bildirilir ki, gələcək missiya fotosintez edən orqanizmlərin yaşaya və böyüyə biləcəyi şərtləri müəyyən etməyə imkan verəcək. Bu məlumatlar Ay və Marsın insan tərəfindən mənimsənilməsi üçün gələcək missiyalarda kosmik dünyalarda qida və digər resursların mənbəyini yaratmaq üçün lazımdır.
Alimlər, həmçinin bildiriblər ki, kənd təsərrüfatındakı kosmik innovasiyalar Yerdə də, məsələn, təbii və ya texnogen fəlakətdən sonra ərzaq yetişdirilməsi üçün tələb oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1164 Tarix: 13 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabr