Dünya futbol ulduzu təyyarədə huşunu itirmiş sərnişinə kömək etdi
Portuqaliyalı futbolçu, İngiltərənin "Mançester Yunayted" klubunun kapitanı Brunu Fernandeş təyyarədə uçuş zamanı huşunu itirmiş sərnişinə kömək edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat verib.
Məlumata görə, hadisə "EasyJet" şirkətinin Lissabona uçan təyyarəsində baş verib.
Fernandeşin arxasındakı cərgədə əyləşən Susanna Louson adlı qadın jurnalistlərə bildirib ki, dünya futbol ulduzu ayaqyoluna gedərkən dəhlizdə huşunu itirən adamı tutaraq yıxılmasına imkan verməyib, köməyə çağırıb və uçuş bələdçiləri gələnə qədər onu tək qoymayıb.
Britaniyalı qadın əlavə edib ki, sərnişin özünə gəldikdən sonra müstəqil ayağa qalxaraq yerinə qayıda bilib.
Portuqaliyaya endikdən qısa müddət sonra Louson xəstə səyahət yoldaşına kömək etdiyi üçün Fernandeşə təşəkkür edib.
"Etdiyin hərəkət həqiqətən gözəl idi. Ən məzəlisi odur ki, mən və ailəm "Mançester Siti"yə azarkeşlik edirik", - deyə qadın bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1365 Tarix: 14 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabr