Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
Avstraliyada dünyanın ən yaşlı rəqqasəsi Eylin Stellar Kramer dünyasını dəyişib.
Bu barədə Oxu.Az "ABC News"a istinadən xəbər verir.
Məlumata görə, rəqqasənin 110 yaşı olub.
Nəşrin qeyd etdiyi kimi, Kramer hələ 1930-cu illərin sonunda baletlə məşğul olmağa başlayıb. Və o vaxtdan bəri peşəni tərk etməyib. O, Avstraliyada çıxış edib, həmçinin bütün dünya üzrə qastrol səfərləri həyata keçirib. Karyerası ərzində Hindistan, Fransa, London, ABŞ və digər ölkələrdə fəaliyyət göstərməyə müvəffəq olub.
Artıq 99 yaşında doğma vətəni Sidneyə qayıdıb. O vaxta qədər Eylin Stellar Kramer artıq 20 il ərzində xəstə ərinə qulluq edib və buna görə də rəqslərə ara verib. Lakin sonra çıxışlarına qayıdıb. 103 yaşı olanda o, "Buddanın arvadı"nı səhnələşdirib və tamaşada 17 yaşlı şahzadə rolunu oynayıb.
Ancaq 110 yaşında - ad günümdən cəmi bir həftə sonra həyatdan gedib. Himayədarları Kramerin əmin-amanlıq şəraitində öldüyünü bildiriblər.
"O - Bodenvizer dövrünün son rəqqasəsi, Yeni Cənubi Uelsdə ən uzunömürlü qadın və çox güman ki, dünyanın ən uzunömürlü rəqqasəsi idi", - deyə onlar qeyd ediblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1397 Tarix: 15 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabr