Kişi arvadı ilə barışmaq üçün 100 gün velosiped sürdü
Kişi iki ildir ayrıldığı arvadı ilə barışmaq üçün Çinin cənub-qərbinə velospedlə 100 gündə təxminən 4400 kilometr yol qət edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 40 yaşı ərəfəsində olan və əslən Çinin şərqindəki Tsyansu əyalətindəki Lyanyunqanqdan olan Çjou həyat yoldaşı Li ilə Şanxayda tanış olub və onlar 2007-ci ildə evləniblər. 2013-cü ildə cütlük ayrılsa da, tezliklə barışaraq yenidən evləniblər. Sonradan onların bir oğlu və bir qızı olub. Lakin zaman keçdikcə münasibətləri yenidən korlanıb və münaqişələri səbəbindən boşanıblar.
"Aramızda heç bir ciddi problem yox idi, sadəcə olaraq ikimiz də çox inadkar idik və impulsiv davrandıq, bu da bir neçə dəfə ayrılma və barışığa səbəb oldu", - kişi deyib.
Çjou, fikir ayrılıqlarına baxmayaraq, əlaqə saxlamağa davam etdiklərini söyləyib. Görüşlərin birində o, Liyə münasibətlərini bərpa etməyi təklif edib və o, Lhasaya gedəcəyini söyləyib. O, zarafatla əlavə edib ki, əgər o, ora velosipedlə çata bilsə, barışmağı düşünə bilər. Ancaq ərinin bunu həyata keçirməyə qərar verəcəyini gözləməyib.
O, velosiped səyahətinə iyulun 28-də ölkənin cənub-şərqindəki Nankin şəhərində başlayıb və 100 gün ərzində 4400 kilometr qət edərək oktyabrın 28-də Lhasaya çatıb. Səfəri zamanı Çjou iki ciddi insidentlə qarşılaşıb.
Birincisi, Çinin şərqindəki Anhoy əyalətində baş verib, o, istidən əziyyət çəkib və xəstəxanada həkimə müraciət etmək məcburiyyətində qalıb.
İkinci, daha ciddi insident Çinin mərkəzi Hubey əyalətinin İçane şəhərində baş verib. Orada Çjou isti yolda velosiped sürərkən havanın temperaturu 40 dərəcəyə çatanda yıxılıb və suyu qurtarıb.
Li Zhoudan səyahəti dayandırmasını istəyib, lakin o, səfəri mütləq başa vuracağına qərar verib. Lhasa çatanda cütlük kiçik bir barışma mərasimi keçirib və yenidən birləşdiklərini rəsmən elan ediblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1310 Tarix: 17 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
8 noyabrUşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı
Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe
18 noyabr