Melaniya Tramp nifrət etdiyi və ən təhlükəli hesab etdiyi yeməyi AÇIQLADI
Tezliklə yenidən ABŞ-ın birinci xanımının yerini tutacaq Melaniya Tramp xüsusi qidalanma tərcihlərini bölüşüb. Keçmiş top-model seçkidən bir neçə həftə əvvəl yayımlanan "Melaniya" adlı xatirə kitabında hansı yeməkləri sevmədiyini açıq şəkildə ortaya qoyub.
Lent.az-ın xəbərinə görə, "Daily Express" yeni seçilmiş prezident Donald Trampın həyat yoldaşının yemək seçimlərindən yazıb.
Məlum olduğu kimi, 54 yaşlı sloveniyalının suşi və saşimiyə qətiyyən həvəsi yoxdur, xüsusən də çiy balıqdan istifadə etdiyinə görə. Melaniya belə yeməyi zərərli və son dərəcə təhlükəli hesab edir.
Melaniya kitabda 2019-cu ildə Yaponiyaya dövlət səfəri zamanı ona altı yeməkdən ibarət dəbdəbəli şam yeməyi təklif edildiyi vaxtı təsvir edib.
"Mümkün olduqca yerli yeməkləri dadmağa çalışıram və Tokioda şam yeməyi yapon mətbəxinin gözəl nümayişi oldu. Bu, mənim tərcihlərimə tam uyğun gələn ləzzətlərin və teksturaların incə balansı idi", - Melaniya xatirələrində xatırlayır.
Tokio İmperator Sarayında keçirilən bu şam yeməyi zamanı Melaniya və Donald "cote de boeuf rôtie, glace mont fuji" deserti və digər ləzzətli yeməklərdən həzz alıblar. Onlar həmçinin Yaponiyanın keçmiş baş naziri Şinzo Abe və həyat yoldaşı Akie Abe ilə naharda mal əti bifteki yeyiblər. Ancaq masada suşi və ya çiy balıq ilə saşimi olmayıb, çünki bu Melaniyanın qaçmağa çalışdığı məhsuldur.
Qeyd edək ki, Melaniya ciddi pəhrizlərə riayət etmədən sağlam qidalanmaya can atır. Onun səhəri simuzi və ya yulaf əzməsi ilə başlayır və o, gündə ən azı yeddi porsiya meyvə istehlak etməyə çalışır. Eyni zamanda, Melaniya şirniyyatdan imtina etmir və bəzən şokolad, dondurma və ya qazlı su da içir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1456 Tarix: 18 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabr