Bu yolla ömrünüzü 11 il uzada bilərsiniz - Uzunömürlülüyün sadə SİRRİ

Bu yolla ömrünüzü 11 il uzada bilərsiniz - Uzunömürlülüyün sadə SİRRİGriffith Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, fiziki fəaliyyət səviyyəsinin artırılmasının ömrü əhəmiyyətli dərəcədə artıra biləcəyini müəyyən edib.

Əgər 40 yaşdan yuxarı hər kəs əhalinin 25%-i qədər aktiv olsaydı, 11 il daha çox yaşaya bilərdi.

BAKU.WS xəbər verir ki, məqalə "British Journal of Sports Medicine" jurnalında dərc olunub.

Əhalinin ən az aktiv kəsimi olan 40 yaşdan yuxarı insanlar, gəzdikləri hər saat üçün ömürlərini altı saat artıra bilirlər. Üstəlik, əhalinin ən aktiv 25%-nin ölüm riski ən az aktiv olanlarla müqayisədə 73% azdır. Ümumilikdə, maksimum hərəkətlilik səviyyəsinə çatdıqda gözlənilən ömür uzunluğu təxminən 11 il arta bilər.

Tədqiqata rəhbərlik edən professor Lennart Uierman, "Bu, əldə edilə bilən bir məqsəddir, əhalinin dörddə biri artıq bunu edir" deyib.

Fiziki fəaliyyət siqareti tərgitməklə müqayisə edilə bilən təsir gücünə bərabərdir. Çünki aşağı hərəkətlilik onun nəticələrində eyni dərəcədə zərərli ola bilər. Və hər çəkilən siqaret ömrünüzü 11 dəqiqə qısaldır. Daha çox hərəkətlilik ürək xəstəliyi, insult, xərçəng və digər xroniki xəstəliklər riskini də azaldır.

Sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün gündə təxminən üç saatlıq gəzməlisiniz. Ancaq fiziki fəaliyyətdə kiçik bir artım belə həyat keyfiyyətini və uzunluğunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Kəşf sağlamlığın və uzunömürlülüyün qorunması üçün fiziki fəaliyyətin vacibliyini xatırladır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1384   Tarix: 28 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr