Dünyanın ən zəngin liderləri açıqlandı - Onlar kimlərdir?

Dünyanın ən zəngin liderləri açıqlandı - Onlar kimlərdir?Biz elə bir dövrdə yaşayırıq ki, dünya liderləri təkcə siyasi gücləri ilə deyil, həm də şəxsi sərvətləri ilə diqqəti cəlb edir. Bəzi liderlər ölkələrinin iqtisadi və siyasi strategiyasını müəyyən etməklə yanaşı, həm də böyük şəxsi sərvətləri ilə gündəmə gəlirlər. Bəzilərinə bu sərvət ailə mirası kimi qalsa da, bəziləri iş dünyasındakı uğurlarından qazanıb. Onların sərvəti təkcə şəxsi həyatlarına deyil, həm də liderlik üslublarına və dövlət siyasətlərinə təsir edə bilir.

Ən zəngin dünya liderləri arasında texnologiyadan daşınmaz əmlaka qədər kommersiya investisiyaları ilə ad çıxaranlar da var. Bu liderlərin sərvəti təkcə ölkələrinin iqtisadi gücünü əks etdirmir, həm də qlobal səviyyədə mühüm güc elementi kimi seçilir. Onların təkcə öz ölkələrində deyil, həm də beynəlxalq arenada həm iqtisadi, həm də siyasi təsir yaratmaq imkanları diqqəti cəlb edir.

Beləliklə, Ölkə.Az "Forbes"ə istinadən dünyanın ən zəngin liderləri və onların sərvəti haqqında məlumatı dərc edir.

Siyahıya Rusiya lideri Vladimir Putin başçılıq edir.

Putinin sərvəti 200 milyard dollar həcmində dəyərləndirilir.

İkinci yerdə Şimali Koreya lideri Kim Çen In 5 milyard dolarla qərarlaşıb. Bildirilir ki, onun sərvətinin böyük hissəsi Çində və Avstriya, Lüksemburq, Rusiya və İsveçrə kimi digər ölkələrdə 200-dən çox bank hesabında saxlanılıb.

Üçüncü yerdə Çin lideri Si Cinpin 1,5 milyardla qərarlaşıb. Onun barəsində o da qeyd olunub ki, ancaq bu gün onun sərvətinin həqiqi ölçüsü məlum deyil.

Dördüncü yeri isə Suriya prezidenti Bəşər Əsəd 1,5 milyard dollarla bölüşüb.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Əsəd ailəsi və tərəfdarlarının torpaq, elektrik stansiyaları və fabriklər də daxil olmaqla, ölkənin aktivlərinin 60-70 faizinə sahib olduqları bildirilirdi.

Növbəti yeri Ekvatorial Qvineya prezidenti Teodoro Obianq 600 milyon dolarla tutub.

Növbəti yerlərdə isə Ruanda prezidenti Pol Kaqame isə 500 milyon dollarla, Cənubi Afrika prezidenti Siril Ramafosa 450 milyon dollarla, Fransa prezidenti Emmanuel Makron 31,5 milyon dollarla, Ukrayna prezidenti Volodimir Zelenski 20 milyon dollarla, ABŞ prezidenti Co Bayden 10 milyon dollarla, Kanadanın baş naziri Castin Trüdo 5 milyon dollarla Sinqapurun baş naziri Lourens Vonq 5 milyon dollarla ardıcıllıqla növbəti yerləri bölüşüblər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1549   Tarix: 28 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr