İmmuniteti gücləndirmək və viruslu xəstəliklərin qarşısını almaq üçün ən yaxşı meyvələr hansılardır?

İmmuniteti gücləndirmək və viruslu xəstəliklərin qarşısını almaq üçün ən yaxşı meyvələr hansılardır?Vitaminlərin və antioksidantların müntəzəm qəbulu kəskin respirator virus infeksiyaları (KRVİ) xəstəliklərinin tezliyini azaltmağa və orqanizmin bərpasını sürətləndirməyə kömək edir. Həkimlər ən çox meyvələrin qəbulunun artırılmasını tövsiyə edir, lakin onların hamısı bu xəstəliklərlə mübarizədə eyni dərəcədə effektiv deyil. Bundan əlavə, qida rasionunda antioksidantların olmasının vacibliyini unutmamaq lazımdır - onlar hüceyrələri zədələnmədən qoruyur, iltihabı azaldır və orqanizmin ümumi bərpasına kömək edir.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Rusiyalı nutrisiologiya məsləhətçisi Alla Porxun soyuqdəymə dövründə hansı adi və ekzotik meyvələrin qida rasionuna daxil edilməsinin lazım olduğunu söyləyib.

"Sitrus meyvələri - portağal, limon, mandarin və qreypfrut - C vitamini ilə zəngin olduğuna görə klassik seçim olaraq qalır. Bu vitamin immuniteti dəstəkləyir və kollagen sintezini stimullaşdırır ki, bu da toxumaların sağalmasını sürətləndirir və selikli qişaları möhkəmləndirərək infeksiyalara qarşı əlavə baryeri yaradır. Məsələn, bala əlavə edilmiş çaya qatılan limon iltihablanmış boğazı sakitləşdirməyə kömək edir", - deyə o izah edib.

Kivi də sitrus meyvələri kimi C vitamini, həmçinin antioksidantlar və liflərin mənbəyidir ki, bu da bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləyir və bu da birbaşa immun sisteminin funksiyaları ilə əlaqəlidir. Nar isə öz növbəsində güclü iltihab əleyhinə xüsusiyyətlərə malikdir, qan dövranını yaxşılaşdırır və infeksiyaların yayılmasına mane olan antivirus təsiri göstərən polifenollar tərkiblidir.

"KRVİ zamanı banan, alma və xırnik da faydalıdır. Kaliumla zəngin olan bananlar, xüsusilə yüksək hərarət zamanı su-duz balansını saxlamağa kömək edir, pektinlə zəngin olan almalar isə bağırsağın işini normallaşdırmağa kömək edir ki, bu da immun cavaba müsbət təsir göstərir. Xırnik A, C, P vitaminləri, həmçinin yod və maqnezium sayəsində damarları möhkəmləndirir və güclü iltihab əleyhinə təsirə malikdir", - deyə ekspert bildirib.

Qovunağacı (papaya), karambola, feyxoa və Çin gavalısı (liçi) kimi ekzotik meyvələr KRVİ mövsümündə immun sistemini gücləndirmək üçün daha effektiv seçim ola bilər. Papaya C və A vitaminlərindən başqa həzmi yaxşılaşdıran və toxumaların bərpasına kömək edən papain fermenti tərkiblidir. Antioksidantlarla zəngin olan liçi antivirus təsiri göstərir və orqanizmin bərpasını sürətləndirir. Feyxoa yüksək yod tərkibi sayəsində immun reaksiyalarının tənzimlənməsində əsas rol oynayan qalxanabənzər vəzinin işini dəstəkləyir. Ulduz forması ilə tanınan karambola hüceyrələri oksidləşdirici stresdən qorumağa kömək edən və virusların daxil olmasına qarşı baryeri yaradan selikli qişaların sağlamlığını dəstəkləyən C və A vitaminləri tərkiblidir.

"Mürəbbə şəklində belə faydasını saxlayan moruq və qara qarağat kimi giləmeyvələr də vacib əlavədir. İstilik emalı zamanı C vitamininin bir hissəsi məhv olsa da, polifenollar və digər bioloji aktiv maddələr qorunub saxlanılır ki, bu da damarları möhkəmləndirməyə və iltihabı azaltmağa kömək edir", - deyə o yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1559   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr