Qadın və kişilər bir-birlərinə niyə paxıllıq edirlər? - Maraqlı araşdırma

Qadın və kişilər bir-birlərinə niyə paxıllıq edirlər? - Maraqlı araşdırmaÇexiyanın Ostrava Universitetinin alimləri kişilər və qadınlar arasında paxıllığın yeni formasını aşkar ediblər.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, aparılan tədqiqat "Frontiers in Psychology" (FIP) elmi jurnalında dərc olunub.

Aparılan araşdırmanın nəticələri 15 və daha yuxarı yaşda olan 1769 iştirakçı arasında aparılan sorğuya əsaslanır.

Bütün respondentlərə "Əks cinsin nəyinə paxıllıq edirsiniz?" sualı verilib.

Araşdırma gender paxıllığının üç əsas kateqoriyasını müəyyənləşdirib ki, bunlar da sosial üstünlüklər, fiziki hazırlıq və psixoloji xüsusiyyətlər.

Tədqiqatçılar müəyyən ediblər ki, qadınlar qəbul edilən sosial imtiyazlara görə kişilərə daha çox paxıllıq edirlər: daha yüksək maaşlar, karyera imkanları və xarici görünüşlə bağlı sosial təzyiqlərdən azad olmaq buna nümunədir.

Bir çox qadın kişilərin dincəlmək və ev işləri yükü olmadan daha sadə, daha az stressli həyat sürmək qabiliyyətini vurğulayıb.

Kişilər isə öz növbələrində qadınlara gözəllikdən və cazibədarlıqdan istifadə edərək başqalarına təsir etmək bacarığı, eləcə də sosial mühakimə olmadan emosiyalarını açıq şəkildə ifadə etmək azadlığına görə paxıllıq edirlər.

Fiziki xüsusiyyətlər hər iki cins üçün əhəmiyyətli paxıllıq mənbəyi olub. Qadınlar kişilərin fiziki gücünə və onların menstruasiya, hamiləlik və menopoz kimi bioloji proseslərdən azad olmasına həsəd aparırlar.

Kişilər isə tez-tez qadınların uşaq dünyaya gətirmə qabiliyyətinin üstünlüyünü qeyd ediblər.

Alimlər həmçinin aşkar ediblər ki, qadınların 42%-i, kişilərin 56%-i əks cinsin paxıllığından azaddır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1064   Tarix: 03 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

22 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr