Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz
"Bəşəriyyət heç vaxt nüvə silahından tam xilas ola bilməyəcək".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə dünyada ilk atom bombasının yaradıcısı, əfsanəvi fizik Robert Oppenheymerin nəvəsi Çarlz Oppenheymer bəyan edib.
O, Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin tədbirində çıxış edib.
"Düzünü desəm, biz ondan heç vaxt xilas olmayacağıq. Mən qarşıma ondan xilas olmaq məqsədi qoymuşdum. Lakin bu işlə nə qədər çox məşğul oluramsa, bu, mənə o qədər mümkünsüz görünür", - deyə o bildirib.
İxtirası tarixin gedişatını həmişəlik dəyişən alimin nəvəsi hesab edir ki, yaranmış vəziyyətdə aparıcı nüvə dövlətləri - Rusiya, Çin və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə diqqət yetirmək daha praktikdir. Məhz konstruktiv dialoq, Çarlz Oppenheymerin fikrincə, gələcəkdə qlobal nüvə təhlükəsizliyinin təmin edilməsinin açarı ola bilər.
Qeyd edək ki, Çarlzın babası Robert Oppenheymer tarixə "atom bombasının atası" kimi daxil olub. Onun rəhbərliyi altında məxfi "Manhetten layihəsi" çərçivəsində dünyada ilk nüvə bombası yaradılıb və 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatındakı poliqonda sınaqdan keçirilib. Bir aydan az müddətdə atom bombaları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb və 200 mindən çox insanın həyatına son qoyub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1173 Tarix: 04 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu tarixlərdə doğulanların sevgidə bəxti gətirmir
Numeroloqlar hesab edirlər ki, ayın müəyyən tarixlərində doğulan insanlar romantik münasibətlərdə daha çox çətinliklərlə üzləşə bilərlər. xarici KİV-ə istinadən xəbər verir ki, doğum tarixi insanın sevgi münasibətlərinin inkişafına müəyyən təsir göstərə bilər. Onların qənaətinə görə, ayın bəzi günlərind
17 iyulÇamadana bir rulon tualet kağızı qoyun: Səbəb
Təcrübəli səyahətçilər tərəfindən heç vaxt nəzərdən qaçırılmayan bu üsul, səyahətiniz zamanı baqajınızdakı ciddi bir problemi aradan qaldırmağa kömək edir. Ölkə.az xəbər verir ki, səyahət hazırlıqlarının ayrılmaz hissələrindən biri olan çamadanınızı yığmaq prosesində özünüzlə düzgün əşyaları götürmə
20 iyulAraq içən arıq insanlara XƏBƏRDARLIQ
ABŞ alimləri müəyyən ediblər ki, bədən çəkisinin normadan az olması alkoqoldan sui-istifadə edən insanlarda sağlamlıq riskini əhəmiyyətli dərəcədə artırır. Araşdırmanın nəticələrinə görə, vaxtından əvvəl ölüm riski ən yüksək olan qrup məhz çəkisi az olan şəxslərdir. xarici KİV-ə istinadən xəbər veri
17 iyulFalçının məsləhəti ilə lotereyada 8 qazandı
Malayziyanın Penanq şəhərində yaşayan mühasibat meneceri Çinli kahinin məsləhəti ilə seçdiyi rəqəmlər sayəsində lotereyada 8 milyon 169 min 660 Malayziya rinqiti udub. xaroco mediaya istinadla xəbər verir ki, kişi həyat yoldaşı ilə birlikdə ziyarət etdiyi kahinin tövsiyəsi əsasında özünün və həyat yoldaşını
20 iyulAvropanın ən uzun binasında otel açılacaq
Polşada yerləşən məşhur Modlin qalasının bərpası çərçivəsində Avropanın ən uzun binasında yeni otelin açılması planlaşdırılır. Layihə tarixi kompleksin memarlıq görünüşünü qorumaqla həyata keçiriləcək. xarici mediaya istinadla xəbər verir ki, otel XIX əsrdə inşa edilmiş və uzunluğu 2 kilometrdən artı
17 iyulYüksək pul mükafatı üçün unitazdan içki içdlər - VİDEO
Rusiyanın Stavropol şəhərində yerləşən ticarət mərkəzlərindən birində keçirilən qeyri-adi müsabiqə ölkədə geniş narazılıq yaradıb. xarici mediaya istinadla xəbər verir ki, təxminən 950 funt sterlinq pul mükafatı uğrunda yarışan iştirakçılar yan-yana düzülmüş unitazların içinə doldurulan qazlı, alkoqolsu
20 iyulSalah karyerasını İngiltərənin bu klubunda davam etdirə bilər
"Liverpul"un keçmiş hücumçusu Məhəmməd Salah İngiltərədə qala və karyerasını "Çelsi"də davam etdirə bilər. -ın xarici mediaya istinadən məlumatına görə, Misir millisinin üzvü olan futbolçunun "Çelsi"yə keçməyi düşünəcəyi yeganə ingilis klubudur. O, 2014-cü ildən 2016-c
16 iyulNiyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi
Köhnə mesajları yenidən oxumaq vərdişiniz yalnız nostaljidən deyil, həm də beyninizin emosional tarazlıq yaratmaq cəhdindən qaynaqlana bilər. Mütəxəssislər bildirirlər ki, bu davranış beynimiz üçün emosional tamamlamanın bir formasıdır. -a istinadən xəbər verir ki, çoxumuzun telefonunda silməyə qıymadığımı
17 iyul