Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb
"Statcounter" analitikləri brauzerlərin istifadəsi ilə bağlı noyabr məlumatlarını dərc ediblər.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən məlumat verir.
Statistikaya görə, "Google Chrome" liderliyi davam etdirir və payını rekord həddə - 66.31%-ə qədər artırıb. Bu, oktyabr ayı ilə müqayisədə 1.09%, ötən illə müqayisədə isə 4.25% çoxdur.
İkinci yerdə "Microsoft Edge" qərarlaşıb, onun payı 0.69% azalaraq 12.87%-ə düşüb. İllik artım 11.23% olsa da, "Edge" "Chrome" ilə rəqabətdə çətinlik çəkir ki, bu da qismən "Windows" istifadəçiləri üçün brauzerin aqressiv şəkildə təbliğ edilməsinin yaratdığı narazılıqla bağlıdır.
Üçüncü yerdə 9.13% payla "Safari" qərarlaşıb və onun payı 0.07% artıb. "Firefox" 6.45% (+0.06%) göstərici ilə dördüncü yerdəki mövqeyini qoruyur, ilk beşliyi isə 2.81% (-0.39%) payla "Opera" tamamlayır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 954 Tarix: 04 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məsciddə çəkilən görüntülər ürəkləri isidib - VİDEO
Türkiyənin Şırnak vilayətində cümə namazından sonra vali, hərbi rəhbərlik və bölgənin tanınmış aşirət böyüklərinin bir araya gəldiyi görüşdə səmimi və duyğulu anlar yaşanıb. türk mediasına istinadən xəbər verir ki,görüş əsnasında komandanlardan biri bölgənin nüfuzlu ağsaqqallarından birinə üzük hədiyy
23 yanvarVakansiyalara təkrar dəfələrlə müraciət etmək doğrudurmu?
İş axtarışı prosesində namizədlərin ən çox tərəddüd etdiyi mövzulardan biri eyni vakansiyaya bir neçə dəfə müraciət edib-etməməkdir. Bu sual, xüsusilə, ilk işini axtaranlar və ya uzun müddət nəticə ala bilməyən namizədlər üçün daha aktual olur. Bəziləri təkrar müraciəti israrçılıq və peşəkarlıqdan uza
22 yanvarEvlilik kişi və qadınların sağlamlığına və ömür uzunluğuna necə təsir edir?
Təxminən üç il ərzində 700-dən çox orta yaşlı və yaşlı kanadalıları izləyən yeni bir araşdırma, evli kişilərin və ya araşdırma dövründə evlənən kişilərin, heç vaxt evlənməmiş həmyaşıdları ilə müqayisədə optimal yaşa çatma ehtimalının iki dəfə çox olduğunu göstərib. xəbər verir ki, bununla belə, tədqiqa
20 yanvarSağlamlıq üçün tətilin ideal vaxtı - Açıqlandı
"Sağlamlığı maksimum dərəcədə artırmaq üçün tətilin optimal vaxtı may, iyun, sentyabr və oktyabr aylarıdır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə Krasnoqorsk Xəstəxanasının terapevti İvan Yremenko deyib. O, tətil üçün düzgün ayın seçilməsinin bədənin bərpasın
20 yanvarÖlüm əlamətlərini göstərən 12 hal müəyyən edildi
ABŞ-nin hospis tibb bacısı Cüli Makfadden insanların həyatının son günlərində nələr yaşadığını izah edib və yaxınlaşan ölümün 12 əsas əlamətini açıqlayıb. Hospis həyatının son mərhələsində olan xəstələrə ağrılarını azaltmaq, həyat keyfiyyətini artırmaq üçün tibbi, sosial, psixoloji və mənəvi dəstək verə
20 yanvarOtaq bitkilərini niyə krant suyu ilə sulamaq olmaz?
Bütün su növləri otaq bitkiləri üçün eyni dərəcədə faydalı deyil. Bəzi bitkilər minerallar və kimyəvi qatqılar səbəbindən kran suyuna pis reaksiya verə bilər. Mütəxəssislər suvarmada səhvlərdən necə qaçmağı izah ediblər. Otaq bitkilərini suvarmaq üçün su seçimi onların vəziyyətinə və görünüşünə birbaş
18 yanvarGülməkdən ölən filosof: Xrisippin sirli sonu
Məşhur qədim yunan stoiki Xrisipp (e.ə. 279-206) 73 yaşında nadir bir hadisə nəticəsində - gülməkdən dünyasını dəyişib. xəbər verir ki, bu barədə tarixçi Diogen Laertiy yazır və filosofun ölümünə dair bir neçə versiya açıqlayıb. Xrisipp Kilikiyanın Soli şəhərindən idi. Gənclik illərində Afinaya köçərə
21 yanvar