Gənclər niyə evlənmək istəmir? - ilginc səbəblər...

Gənclər niyə evlənmək istəmir? - ilginc səbəblər..."Ev təminatı, stabil gəlir və digər maddi imkanların olmaması gəncləri evlilikdən çəkindirir"

"Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir". Xatırladaq ki, bu sözləri ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən demişdi. Lakin statistika onu göstərir ki, ölkəmizdə əhali artımının sürəti getdikcə daha da azalır.

Dünya ölkələri üzrə 2014-2023-cü illəri əhatə edən bir hesabata əsasən, Azərbaycan bu dövrdə əhali artımına görə dünyada ilk 50 ölkə arasında yer almayıb və yalnız 64-cü pillədə qərarlaşıb. 2014-2023-cü illər ərzində ölkədə əhali artımı cəmi 6,85 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan, xüsusilə Afrika ölkələri ilə müqayisədə xeyli geri qalır. Afrika ölkələrində ailə planlamasının olmaması bu qitədə yüksək artım templərini izah etsə də, Avstriya, Norveç, İsveç, İrlandiya, Kanada, Yeni Zelandiya və Lüksemburq kimi inkişaf etmiş ölkələrin Azərbaycandan irəlidə yer alması maraq doğurur.

Mütəxəssislər bildirir ki, ölkədə əhali artımının azalmasının səbəbləri iqtisadi və sosial faktorlar, miqrasiya məsələsi və sairədir. Lakin ən birinci səbəb kimi ölkədə ailə quranların sayının azalması göstərilir. Çünki bu arqument doğulan uşaqların sayına da ciddi təsir göstərir, nəticədə əhali artımı ləngiyir.

Bəs ölkədə ailə quranların sayı niyə azalır?

Mütəxəssislər Azərbaycanda ailə quranların sayının azalması və boşanma hallarının artması sosial-iqtisadi, psixoloji və mədəni səbəblərlə əlaqələndirir:

Maddi vəziyyət: Gənclərin evlilik üçün kifayət qədər maddi imkanının olmaması və həyat şəraitinin çətinləşməsi evlilik qərarlarını təxirə salır.
Psixoloji problemlər və ailədaxili gərginliklər: Müasir cəmiyyətin sürətlə dəyişməsi, stress və ünsiyyət çatışmazlığı ailələrin qurulmasını və davamlılığını çətinləşdirir.
Karyera və təhsil prioritetləri: Gənclər arasında təhsil və karyera qurmağa üstünlük verilməsi evlilik yaşının artmasına gətirib çıxarır.
Psixoloqlar həmçinin sevginin, qarşılıqlı hörmətin azalması, ünsiyyət problemləri və tərəfdaşlar arasında ortaq dil tapılmamasını boşanma hallarının artmasına səbəb kimi göstərirlər.

Ailə quranların sayının azalması isə bir sıra sosial, demoqrafik və iqtisadi problemlərə yol aça bilər. Bunlar arasında aşağıdakı təsirlər xüsusilə nəzərə çarpır:

Demoqrafik problemlər - Ailə qurulmasının azalması doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə əhalinin yaşlanması və əmək qabiliyyətli insanların sayının azalması ilə nəticələnə bilər. Uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi yüklər, pensiya və səhiyyə sistemlərinə təzyiq arta bilər.

Sosial inteqrasiya və dəyərlərin zəifləməsi - Ailənin sosial institut kimi zəifləməsi ənənəvi dəyərlərin itirilməsinə və cəmiyyətin sosial toxumasında zəifliklərə səbəb ola bilər. Bu, həmçinin gənclərin emosional və sosial dəstək mənbələrinin azalmasına gətirib çıxarır.

Uşaqların sosiallaşması ilə bağlı çətinliklər - Azalan evliliklər və artan boşanmalar nəticəsində daha çox uşaq tək valideynli ailələrdə böyüyə bilər. Bu, uşaqların sosiallaşma və təhsil prosesində çətinliklər yaşamasına yol aça bilər.

İqtisadi təsirlər - Ailələrin azalması istehlak və qənaət davranışlarına təsir göstərərək iqtisadiyyatın müxtəlif sahələrinə mənfi təsir edə bilər. Əlavə olaraq, tək yaşamaq və ya uşaqlarını tək böyütmək istəyən valideynlərin üzərinə əlavə maliyyə yükü düşə bilər.

Cəmiyyətin ümumi rifahına təsir - Psixoloqlar ailənin insan rifahında mühüm rol oynadığını vurğulayır. Ailə qurulmasının azalması və ailə quruluşlarının zəifləməsi fərdlərin stress, tənha qalma və digər emosional problemlərə daha həssas olmasına səbəb ola bilər.

Sosioloq: Sifarişlə hədiyyə tələb edən müəllimlər də var

Ölkə.az xəbər verir ki, sosioloq Lalə Mehralı mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb:

"Cəmiyyətimizdə müəyyən sosial, iqtisadi və mədəni səbəblərdən bəzi gənclər ailə həyatı qurmağa maraq göstərmirlər. Bu problem həm qızlar, həm də oğlanlar arasında fərqli səbəblərlə özünü göstərir.

Qızlar adətən karyera qurmağa və özlərini inkişaf etdirməyə daha çox üstünlük verirlər. Onlar daha yaxşı həyat yoldaşı tapmaq və ya əvvəlcə müəyyən nailiyyətlər əldə etmək istəyirlər. Bunun nəticəsində evlilik qərarını gecikdirirlər.

Hazırda ölkəmizdə qızların əksəriyyəti 25 yaşı keçmiş, karyera və təhsilə yönəlmiş insanlardır. Onlar bakalavr və magistr təhsillərinə, müxtəlif kurslara və seminarlara vaxt və maliyyə yatırdıqları üçün düşünürlər ki, ailə həyatı bu səyləri mənasız edə bilər. Beləliklə, ailə qurmaq planlarını arxa plana atır, karyeralarına fokuslanırlar.

Oğlanlar üçün əsas maneə maddi vəziyyətlə bağlıdır. Evlilik qərarı alarkən qarşı tərəfin yüksək tələbləri və kriteriyaları ilə qarşılaşırlar. Xüsusilə fərdi ev təminatı, stabil gəlir və digər maddi imkanların olmaması gəncləri evlilikdən çəkindirir.

Çox vaxt oğlanlar minimum əməkhaqqı ilə işləyir və ailə qurmaq üçün yetərli maliyyə bazasına sahib olmurlar. Bu vəziyyət, qızların ailə böyükləri ilə birgə yaşamaq istəməməsi və fərdi ev tələb etməsi ilə daha da çətinləşir. Belə hallarda evlilik qərarı uzun müddət təxirə salınır".

Sosioloq qeyd edib ki, gənclərin evlilikdən imtina etməsi və azsaylı uşaqlara üstünlük verilməsi əhalinin qocalmasına səbəb olur:

"Əhalidə yaşlı nəsil üstünlük təşkil etməyə başlayır, bu da gələcəkdə əmək bazarına və sosial sistemlərə mənfi təsir göstərir.

Nikahların azalması və boşanmaların artması: Son illərdə nikahların sayı azalır, əksinə, boşanma halları artır. Bu tendensiya yeni ailələrin qurulmasını çətinləşdirir və uşaqların sayının azalmasına gətirib çıxarır".

Sosioloqun fikrincə, gəncləri ailə qurmağa təşviq etmək üçün hökumət və cəmiyyət tərəfindən dəstək tədbirləri görülməlidir:

"Yeni evlənənlərə ev təminatı və ya güzəştli kreditlər təqdim edilməlidir. Gənc ailələrə ilkin mərhələdə maliyyə yardımı və güzəştli ipoteka proqramları təşkil olunmalıdır.

Həmçinin ailə qurmaq istəyənlər üçün sosial təşəbbüslər həyata keçirilməli, karyera və ailə həyatı arasında balans qurmağa imkan verən şərait yaradılmalıdır.

Bu addımların atılması həm gənclərin evlilik məsələsində qarşılaşdığı maneələri azalda bilər, həm də uzunmüddətli perspektivdə cəmiyyətin sağlam inkişafını təmin edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1109   Tarix: 07 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr