Sevgilisini qəbiristanlıqda körpəsinin gözü qarşısında öldürdü - FOTOlar

Sevgilisini qəbiristanlıqda körpəsinin gözü qarşısında öldürdü - FOTOlarFloridada körpəsinin gözü qarşısında öldürülən ananın qətlində şübhəli bilinən şəxs 3 il sonra TikTok videosu sayəsində yaxalanıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 31 iyul 2021-ci ildə ABŞ-ın Florida ştatında törədilən qətldə 27 yaşlı Coana Peka qucağında körpə, 4 yaşlı oğlu olduğu halda üzündən bir neçə dəfə güllələnərək öldürülüb.

Qətldən sonra qaçan 41 yaşlı keçmiş sevgilisi Benjamin "Bambi" Robert Williams sosial şəbəkədə paylaşılan video sayəsində Meksikada yaxalanıb.

Sankt-Peterburq Polis İdarəsindən verilən açıqlamada Williamsın körpəsini görmək bəhanəsi ilə sevgilisini qəbiristanlığa çağırdığı bildirilib. Hadisə zamanı avtomobildə olan iki uşaq xəsarət almadan xilas olub.

2,8 milyon izləyicisi olan TikTok hesabında Jasmeen Alexander tərəfindən paylaşılan xəbər videosu şübhəlinin tutulmasına şərait yaradıb. Videonu görən şəxs qətldən 10 gün sonra Meksikada Uilyamsı görüb və vəziyyəti ABŞ səfirliyinə məlumat verib. Şübhəli noyabrın 30-da Mexikoda yaxalanıb.

Birinci dərəcəli qətl və iki uşaq istismarı ittihamı ilə həbs edilən Williams hazırda Pinellas County həbsxanasında saxlanılır.

Vüsalə İbrahimli
Sevgilisini qəbiristanlıqda körpəsinin gözü qarşısında öldürdü - FOTOlarSevgilisini qəbiristanlıqda körpəsinin gözü qarşısında öldürdü - FOTOlarSevgilisini qəbiristanlıqda körpəsinin gözü qarşısında öldürdü - FOTOlar


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3782   Tarix: 16 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib

Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis

30 sentyabr
.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Ötən gün qəzada yaralanan sürücü vəfat etdi

Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub

8 oktyabr
.

Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq

Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda

31 oktyabr
.

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.

4 noyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr
.

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd

23 oktyabr
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

5 oktyabr