Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?

Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə yaydıqları məlumatda bildirilir ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, R.Vardanyana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 15-dən artıq maddəsi ilə yekun ittiham elan edilib.

Qanunvericiliyimizə əsasən bu ittihamların yekununda R.Vardanyanı hansı cəza gözləyə bilər?

"Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşünas Xəyal Bəşirov Oxu.Az-a şərhində istər R.Vardanyan, istərsə də onunla birgə saxlanılan digərlər hərbi cinayətkarlara qarşı hətta ölüm hökmü də çıxarıla biləcəyini istisna etmir.
Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?"Məsələ təkcə R.Vandanyan deyil, sadəcə onun işi artıq məhkəməyə göndərildiyinə görə onunla bağlı məlumat verilib.

Bu məqam R.Vardanyanla yanaşı digər hərbi cinayətkar ünsürlərin hər birinə şamil olunacaq, onlar Azərbaycan ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olublar, Azərbaycan dövlətinə və xalqına qarşı müxtəlif ağır müharibə cinayətlər törədiblər, terrorçuluq, soyqırımı, təcavüz və s. Bu cinayətləri törədən şəxslərin hər birini Azərbaycanın cinayət qanunvericiliyinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ümumilikdə deyim ki, onlara münasibətdə Cinayət Məcəlləsinin (CM) 24 maddəsi üzrə cinayət işi başlayıb. Onların hər biri ağır və xüsusilə ağır cinayətlər olduğu üçün əksəriyyətində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?Təbii ki, R.Vardanyan barəsində də belə bir qərarın verilməsi ehtimalı böyükdür. Onun törətdiyi cinayətlərin əhatə dairəsinə diqqət yetirsək, barəsində bu cəzanın təyin edilməsi, düşünürəm ki daha ədalətli olardı. Çünki onunla bağlı araşdırma aparılan maddələrin bir çoxunda ömürlük azadlıqdan məhrumetmə cəzası var. Yəni ümumilikdə götürəndə bu cəzanın tətbiq edilməsi üçün kifayət qədər imkanlar var.

Başqa bir məqamı da diqqətinizə çatdırmaq istərdim. Azərbaycanda 1998-ci ildə ölüm cəzası cinayət qanunvericiliyindən çıxarılıb, amma bizim qanunvericiliyimizin əsasını təşkil edən və ən üstün qüvvəyə malik olan Konstitusiyamız var. Konstitusiyamızın 27-ci maddəsində yer alan ölüm cəzası isə oradan çıxarılmayıb.

(27-ci maddənin III bəndində yazılır: "Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər - red.)

Ölüm hökmünün CM-dən çıxarılması o deməkdir ki, bu gün məhkəmələr CM-nə istinad edib ölüm cəzası tətbiq edə bilməzlər, amma bu cəzanın Konstitusiyada saxlanılması ehtimalı odur ki, istənilən məqamda Milli Məclisdə (MM) qanunun yenidən müzakirə edilməsi və qanuna dəyişikliklə ölüm cəzasının yenidən CM-nə daxil edilməsi məsələsi gündəmə gələ bilər ki, bunun üçün də çox böyük müddət tələb olunmur.

Bu baxımdan düşünürəm ki, Konstitusiyadan ölüm hökmünün çıxarılmaması gələcəkdə istənilən mərhələdə, onun tətbiq edilməsi məsələsi də gündəmə gələ bilər.

Baxmayaraq ki, yenə də qanunvericiliyimizə görə, edilən dəyişikliklərin ağırlaşdırıcı hallarda geriyə qüvvəsi yoxdur, amma hər bir halda düşünürəm ki, bu şəxslərin törətdiyi cinayətlərin mahiyyətinə nəzər yetirsək, o halda bu məqam, yəni ömürlük azadlıqdan məhrumetmə və yaxud da ən ağır cəza kimi ölüm cəzası tətbiq oluna bilər.
Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?Doğrudur, Azərbaycan humanist addım ataraq cinayətlərin dekriminallaşdırılması siyasətinin ən üst addımı kimi 1998-ci il, fevral ayının 10-da ölüm cəzasını Azərbaycan Respublikasının CM-dən çıxarıb, zənnimcə, elə şəxslər və elə cinayətlər var ki, bu halda hətta ölüm cəzası belə aktuallaşa bilər.

Təbii ki, bu, mənim subyektiv fikrimdir və hər bir halda hesab edirəm ki, A.Arutunyan, R.Vardanyan, B.Saakyan, A.Qukasyan və bu kimi digər, xüsusilə ağır cinayətləri törətmiş şəxslər barəsində hazırkı mərhələdə ən ədalətli cəza ömürlük azadlıqdan məhrumetmə cəzası olardı", - deyə hüquqşünas bildirib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1347   Tarix: 29 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust