Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi

Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildiBakıda 13 nəfərə qarşı dələduzluq edərək onların 600 min manatdan artıq pulunu ələ keçirmiş Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Samir Nəsibova hökm oxunub.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.

S.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, S.Nəsibov paytaxtın Yasamal rayonu, Xiyabani küçəsində bərbərxanada saç ustası işləyib. O, 2023-cü ildən telefon satışı biznesinə başlayıb və bir neçə tanışını bu işə cəlb edib. Samir, həmçinin yeni tanış olduğu şəxslərə özünü "polkovnik" kimi təqdim etməklə külli miqdarda pul alıb. O, inandırıcılığı artırmaq üçün həmin şəxslərdən birinə evlilik də təklif edib.

Təqsirləndirilən şəxsin 13 nəfərdən aldığı məbləği (müvafiq olaraq 19 000, 1400, 25 000, 21 000, 41 846, 8574, 37 000, 36 145, 23 750, 132 000, 180 000, 50 000, 52 120 manat) biznesə yatıracağını və qarşılığında pul sahiblərinə əlavə qazanc verəcəyini vəd etdiyi qeyd olunub.

Bundan başqa, araşdırmalar zamanı Samirin adına 2 yerdə torpaq sahəsi olduğu müəyyənləşib. Lakin həmin torpaq sahələri icarə müqaviləsi ilə alındığından məhkəmə tərəfindən müsadirə edilməsi mümkün olmayıb. Eyni zamanda, onun adına heç bir mülk, əmlak da üzə çıxmayıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1707   Tarix: 05 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust