Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək? - ARAŞDIRMA

Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək? - ARAŞDIRMAAzərbaycanda kredit kartlarından istifadə ilə bağlı rekord artım qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu məsələ gələcəkdə böyük risklərə səbəb ola bilər. Bu səbəbdən, vətəndaşlar həmin vəsaitdən ehtiyatlı istifadə etməlidirlər.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi yeddi milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artıb. Ölkəmizdə kredit kartlarının sayının, həmçinin onlar vasitəsilə xərcləmələrin həcminin sürətlə artması hansısa risklər yaradırmı? Qonşu ölkələrdə vaxtilə yaşanan problemlərin bizdə də təkrarlanması təhlükəsi varmı?

Sonxeber.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Daha çox borclanmalar kredit kartları üzrədir"

Maliyyə və bank məsələləri üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, insanları kredit kartlarına yönəldən səbəblər var: "Artımın səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, həmçinin populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ insanların gözünə böyük görünmür, hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir. POS-terminallar da artır, kartdan-karta ödənişlərlə bağlı görülən işlər də təsir edir. Həmçinin ölkəmizdə də onlayn satış platformaları yaradılır və sayları artır. Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə onlayn şəkildə ödənilə bilməsi mümkündür. Bu da kredit kartlarının daha çox istifadə olunmasına şərait yaradır. Dünya üzrə daha çox borclanmalar kredit kartları üzrədir". Ekspertin fikrincə, kredit kartlarından istifadədə maksimum ehtiyatlı olmaq lazımdır: "Çünki vətəndaşlar kartla pul xərclədikləri zaman bunun fərqində olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik çəkirlər. Bir neçə kredit kartından eyni anda xərcləmə edən insanlar da var".

Kartdan ağıllı istifadə edin

E.Sadıqovun fikrincə, bu amil makroiqtisadi cəhətdən riskli olmasa da, mikroiqtisadiyyatda müəyyən risklər daşıyır: "Əhalinin nominal gəlirləri ilə bu məbləği müqayisə etdikdə görürük ki, elə də böyük rəqəm deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə aldıqda, elə də risk olmadığını düşünə bilirik. Lakin bu, məsələyə böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir. Vətəndaş mövqeyindən baxdıqda isə məsələ dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda toplandığı üçün təhlükəlidir. 40 faizlik artım müəyyən riskləri doğurur. Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri arasında hansı mütənasiblik var? Çünki adətən yüksək gəlirli insanlar kredit kartları ilə bağlı məsələyə daha ağıllı yanaşırlar. Onların borc yükləri əməkhaqlarının üç mislindən çox olmur".

Bəzi insanlar kreditə həddən artıq meyillənirlər

Ekspert bildirib ki, borclar yığıldıqca problemli kreditlərə çevrilir: "Amma bəzi insanlar kreditə həddən artıq meyillənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir. Böhran baş verərsə, əhalinin böyük kütləsi ciddi problemlə üzləşəcək və borclarını ödəyə bilməyəcək. Sonra problemli kreditlər yaranır. İnsanlar ömürlərinin çox hissəsini bu yüklərdən qurtulmaq üçün xərcləyirlər. Bəzi hallarda hətta bu borclara görə dəyərli daşınmaz əmlaklarını itirirlər. Bu, həm banklar, həm də iqtisadiyyatımız üçün problem yaradar, sosial gərginliyi artırar".

Bu vəsait iqtisadiyyata yönəlmir

Mütəxəssis Türkiyədə bu məsələ ilə bağlı yaranmış problemə də toxunub: "Qonşu ölkələrdə baş verənləri nəzərə alsaq, görərik ki, istehlak kreditləri türk məhsullarının istehsalını dəstəkləyib. Bəlkə də kredit kartları olmasaydı, oradakı istehsal bu qədər inkişaf etməzdi. İstehsal artdıqca, ixrac da artıb. Yəni kredit kartları vasitəsilə iqtisadiyyata böyük töhfə verildi. Məhz bu nəzərə alındığı üçün kredit kartlarına görə yığılıb qalan borclar sonradan dövlət tərəfindən əfv edildi. İnflyasiya səbəbindən daha rahatlıqla ödənildi".

E.Sadıqovun sözlərinə görə, bizdə kreditlər Türkiyədən fərqli olaraq iqtisadiyyatımıza ciddi zərər vura bilər: "Bizim kimi ölkələr üçün Türkiyə təcrübəsi keçərli deyil. Çünki kredit kartları və istehlak kreditləri istehsala, iqtisadiyyatımıza o qədər də töhfə vermir. Əksinə, yaranan borc, risk ölkəmiz üçün əlavə yükdür. Bu vəsaitlər həyati vacib məhsullara deyil, lüksə, şəxsi məsələlərə sərf edilirsə, ölkəyə kapital gəlmir. Nəzərə almalıyıq ki, bu kreditlərin əksəriyyəti xaricdən məhsul idxal edilməsinə yönəlir".

Lüzumsuz xərclərə yol verməyin

Müsahibimiz risklərlə bağlı məsləhətlərini də verib: "Bankın əsas vəzifəsi kredit verməkdir. Onlar kredit kartları ilə bunu daha da artırırlar. Burada əsas məsələ kreditlərin düzgün şəkildə verilməsidir. Banklar kredit verərkən tək öz portfellərini nəzərə almamalıdırlar. Makroiqtisadi göstəricilər, müştərinin riskləri diqqətdə saxlanılmalıdır. Kredit portfelinin yaxşı olması bir çox hallarda bankları arxayınlaşdırır. Daha çox qazanmağı düşünürlər, amma iqtisadi vəziyyətin hər an dəyişə biləcəyini nəzərə almırlar. Əhalinin hansı hissəsinin borcla yüklənməsi də nəzərə alınmalıdır. Kredit kartı borcu olanların digər borclarına da baxılmalıdır. Kredit kartından istifadə edənlərin neçə faizinin nə qədər borcunun olması, borcödəmə qabiliyyəti, aylıq gəlirləri, problemli müştəri olma ehtimalı və sair təhlil edilib nəzərə alınmalıdır. Əhaliyə də tövsiyə edərdim ki, kredit kartlarından səmərəli istifadə etsinlər. Lüzumsuz xərclərə yol verməsinlər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1580   Tarix: 09 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 35,17 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,1 % azdır. Təkcə apreldə Türkiyə Azərbaycana 10,59

9 may
.

Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib

Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşınması reallaşıb. xəbər verir ki, 126 ton karbamid yüklənmiş iki vaqon və 67 ton un yüklənmiş bir vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Məlumata görə, qatar Böyük Kəsi

28 may
.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü

29 may
.

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır. Hesabat dövründə qeyri-həyat sığortası növlər

2 may
.

"Bakı Kart" kartlarının qiyməti dəyişdirilir

İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzind

9 iyun
.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton Rusiyadan olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib. Qaynarinfo xəbər verir ki, sözügedən tədarük Rusiyada

29 may
.

Elektron siqaretlərlə bağlı QƏRAR

Reklamı qadağan olunan əmtəələrin siyahısında dəyişiklik olunub. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, nikotin tərkibi olmayan elektron siqaretlər siyahıya əlavə edilib

12 may
.

Azərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 65,901 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 9,57

2 may