Torpaq sahələrinizi satmayın! - "Tezliklə elə bir şey olacaq ki…"

Torpaq sahələrinizi satmayın! - "Tezliklə elə bir şey olacaq ki…"İnsanların sürətlə şəhərlərə köçməsi səbəbindən rayon və kənd yerlərindəki torpaq sahələri satılır. Lakin bəzi mütəxəssislər sözügedən torpaqların satılmasını tövsiyə etmir, hətta imkan daxilində əlavə ərazilər almağı məsləhət görürlər. Bildirirlər ki, insanlar yaxın zamanda həyatda qalmaq üçün o torpaqda bəzi məhsulları yetişdirmək məcburiyyətində qalacaq. İddialara görə, böyük şəhərlər getdikcə yaşanılmaz hala gələcək, ərzaq qıtlığı yaşanacaq. Bu məqamda isə kənddəki torpaq sahələri xilas rolunu oynayacaq.

Bu cür xəbərdarlıq nə dərəcədə realdır? İnsanlığı belə bir fəlakət gözləyirmi?

Sonxeber.az xəbər verir ki, "globalinfo.az"a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, daha böyük sosial, iqtisadi, siyasi kataklizmlər barədə proqnozlar özünü doğrulda bilər:

"Amma təlatüm yaratmaq doğru fikir deyil. Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin istifadəsi ilə əlaqəli Azərbaycanın dövlət proqramı var. Sadəcə, insanlar problemə daha rasional şəkildə yanşmalıdırlar. Bütün proqramların effektiv icrası üçün korrupsiya və rüşvətlə ciddi mübarizə aparmaq lazımdır. İnsanlar başa düşməlidir ki, natural təsərrüfat və məhsul istehsalı kağız əskinazdan üstündür. Məhsul olmasa pul heç nəyi həll etmir. Bütün problemləri yalnız vicdan və iradə həll edir".

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli xəbərdarlıqların reallıqdan uzaq olduğunu qeyd edib:

"Dünyada uzunmüddətli qıtlığın olacağını düşünmürəm və bu, real görünmür. Ona görə də insanlara demək olmaz ki, torpaq alıb, məhsul istehsal etsinlər. Elə tendensiyanın olacağını da gözləmirəm. Açığı, dünyada texnologiyaların inkişafı, aqrar sahədəki gəlişmələr, məhsuldarlıqların artması kənd təsərrüfatı məhsullarının istehsalını, tələb olunan qidanı təmin edir. Bu gün Avropanın özündə də məhsulların satışı üçün bazarlar axtarırlar. Bu da o deməkdir ki, istehsal kifayət qədər çoxdur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1862   Tarix: 23 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə

10 sentyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr